Menu

“Paşinyan nə zaman “vətənpərvər” çıxışlar edirsə, müharibə baş verir”- “O, tapşırıq icra edir”

11.11.2022, 16:59
“Paşinyan nə zaman “vətənpərvər” çıxışlar edirsə, müharibə baş verir”- “O, tapşırıq icra edir”

Nikol Paşinyan nə zaman “vətənpərvər” çıxışlar etməyə başlayırsa, bir müddət sonra müharibə baş verir və itkilərlə üzləşirik.

“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər veir ki, bunu erməni siyasətçi Eduard Şarmazanov Ermənistan Baş nazirinin çıxışına münasibət bildirərkən deyib.

O, buna misal olaraq, Paşinyanın 2020-ci ilin sentyabrındakı çıxışlarını xatırladıb: “Həmin çıxışlardan sonra müharibə başladı və 10 noyabrda biabırçı sənəd imzalandı”.

Şarmazanov iddia edib ki, Nikol Paşinyanın belə çıxışlar etməsi, onun əcnəbi ssenarist dostlarının təklifləri ilə əlaqədardır: “Görünür, əcnəbi ssenarist dostları ona “milli-azadlıq” çıxışları etməyi, yeni təşkil olunmuş münaqişə yaratmağı və nəhayət, Türkiyə-Azərbaycan gündəminin həyata keçirilməsinə nail olmağı tapşırıblar”.

Erməni siyasətçi onu da bildirib ki, hadisələrin hazırkı gedişatı Nikol Paşinyanın “Kapituliyasiya -2” sənədini imzalaması ilə yekunlaşacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol