“Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən cari ilin 01 noyabr tarixinədək burada 178,2 milyard kubmetrə yaxın qaz hasil edilib.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 124,3 milyard kubmetr həcmi ixraca nəql edilib.
Məlumata görə, “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları bloku istismara veriləndən cari ilin 01 noyabr tarixinədək burada 201,2 milyard kubmetr qaz hasil edilib.


Şərhlər
Haçandan, nə qədər qaz ixrac olunub, SOCARa, dövlətimizə və büdcəmizə hansı məbləğdə əlavə qazanc ödənilib?