“VƏZİYYƏT MÜRƏKKƏBDİR, QARABAĞDA TƏXRİBATLAR GÖZLƏNİLİR!” - “Ermənistan sülhü deyil, köhnə siyasəti davam etdirməyi seçir”

Tofiq Zülfüqarov: “Məqsəd rus sülhməramlılarının olduğu zonada ermənilər üçün “qoruq” yaratmaqdır. Ruslar istəyirlər ki, Fransa proseslərə cəlb edilsin, Fransa da buna gedir...”

“Zəif Rusiyanın imkanı yoxdur ki, Azərbaycan-Türkiyə müttəfiqliyinə qarşı hərbi addımlar atsın...Prezidentin çıxışında həm də İrana, Fransaya və Rusiyaya xəbərdarlıq var idi”

Rusiya Qarabağ və Azərbaycan-Ermənistan münasibətləri mövzusunda müharibədən əvvəlki ampluasına qayıdır. Kreml imkanları daxilində Xankəndindəki sepratçıları siyasi və hərbi baxımdan gücləndirməyə çalışır. Ermənistan Baş naziri Nikol Paşinyanın son açıqlamaları və Rusiyanın davranışları bu fəaliyyətin koordinasiyalı şəkildə həyata keçirildiyini göstərir. Bu səbəbdən də Bakı - Moskva xəttində gərginlik müşahidə edilir. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada Ermənistana və onun arxasında duran xarici qüvvələrə açıq xəbərdarlıq etməsi Bakının öz maraqları üçün sona qədər gedəcəyini göstərir.

“AzPolitika.infobu mövzunu sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarovla müzakirə edib.

- Tofiq müəllim, Soçi görüşündən sonra bölgəmizdə vəziyyətin kəskinləşdiyi aydın hiss olunur. Rus sülhməramlıları Xankəndinə silah daşıyır, Azərbaycan Ordusunun mövqelərinə atış açılır, qarşılıqlı sərt bəyanatlar verilir və sair. Bu fonda vəziyyəti necə qiymətləndirirsiniz?

- Praqa və Soçi görüşlərindən sonra aydın oldu ki, Moskva və Paris bu mövzuda eyni strategiyanı həyata keçirməyə başlayıb. Şəxsən məndə belə bir fikir formalaşıb ki, bölgəmizdə gedən proseslərdə Moskva və Paris qarşılarına eyni məqsədləri qoyaraq, tədricən həmin bu məqsədlərinə nail olmağa çalışırlar. Əsas məqsəd isə vəziyyəti kəskinləşdirib elə nöqtəyə gətirməkdir ki, münaqişə davam etsin və beləcə, indi zəif vəziyyətdə olan Ermənistana dəstək verərək öz maraqlarına uyğun durum yaratmaqla son 30 ildə mövcud olan vəziyyəti davam etdirsinlər.

Əsasən iki istiqamətdə addımlar atılır. Birincisi, şərti olan sərhədə hansısa missiyaların yerləşdirilməsidir. Baxın, indiyə qədər bu sərhəddə rus ordusu var idi. Sonradan Avropa İttifaqı (Aİ) müşahidəçilərinin sürətlə oraya yerləşdirilməsi prosesi baş verdi. Onları Gürcüstandan gətirməklə aktivləşdirdilər. Qeyd olunur ki, müşahidəçilər cəmi iki ay ərzində monitorinq aparacaqlar. Amma bu, inandırıcı deyil və yaxın vaxtda bu missiyanın əvəzedici heyətinin formalaşdırılması gözləniləndir. İndi sanki Aİ müşahidəçiləri ilə rus sərhədçiləri eyni vaxtda sərhəddə fəaliyyət göstərirlər.

İkinci məqsəd rus sülhməramlılarının olduğu zonada ermənilər üçün “qoruq” yaratmaqdır ki, bu “qoruğun” içində ermənilərin sərbəst fəaliyyəti təmin edilsin. Görürük ki, bunun üçün müəyyən addımlar da atılır.

Eyni zamanda, Fransa çalışır ki, orada hansısa humanitar missiya yerləşdirsin və bölgəni hansısa formada Azərbaycanın suverenliyi altından qismən də olsa çıxarsın. Görürük ki, Rusiya tərəfindən də bu istiqamətdə addımlatr atılır. Vardanyanın fəallaşması, Xankəndində mitinqlərin təşkili və s. göstərir ki, orada bir qurum formalaşdırmaq istəyirlər və məqəsəd də odur ki, gələcəkdə Azərbaycan hökuməti həmin qurumun nümayəndələri ilə danışıqlar aparsın, o cümlədən də “status” mövzusunda. Aydındır ki, belə bir müzakirə aparmaq mümkün deyil, çünki ermənilər istənilən vaxt deyəcək ki, “bunu istəmirik, onu istəyirik”. Yəni, çalışacaqlar ki, müddətsiz, sonsuz və nəticəsiz danışıqlar prosesi başlasın. Necə ki, Minsk Qrupu 30 il ərzində bu cür işləyib. Yəni, “status”a aid mövzunu bu formatda ortaya çıxarmaq və Ermənistanla şərti sərhəddə delimitasiya və demorkasiya prosesini aparmaq. Qısası, bu formatı bizə güclə sırayırlar və istəyirlər ki, bunu qəbul edək.

Əsas məqsədlərdən biri də regionda Türkiyənin rolunu zəiflətməkdir. Müharibə dövründə və müharibədən sonra Türkiyə burada de fakto həmsədrlərdən biri kimi Rusiya ilə bərabər proseslərdə iştirak edirdi. İndi istəyirlər ki, Türkiyəni kənarlaşdırsınlar və yeni format yaratsınlar ki, burada da Rusiya ilə Fransa və ola bilsin ki, Fransanın arxasında Aİ öz yerini tapsın. Belə planlar görünür. Buna da nail olmaq üçün onlar müəyyən təxribatlara gedəcəklər.

Məsələn, Ermənistan bir neçə həftə əvvəl sərhəddə silsilə təxribatlar törədib və sonra Azərbaycanı günahlandırıb ki, guya ona təcavüz edib. Bunun da nəticəsi olaraq Aİ-nin müşahidə missiyasını Ermənistana gətiriblər. İndi isə növbə Qarabağ bölgəsindədir. Orada da silsilə təxribatlar və atışmalar yaradacaqlar ki, bura ruslardan başqa hansısa digər beynəlxalq missiyanı əlavə etsinlər. Onların istəyi təxminən budur.

- Deməli, Prezident Əliyevin Şuşada verdiyi bəyanat bu plana qarşı mesaj sayılmalıdır...

- Qeyd edim ki, Şuşada keçirilən müşavirədə əsasən hərbçilər iştirak edirdilər. Bu tərkib onu göstərir ki, Azərbaycanın və onun Prezidentinin siyasi iradəsi var və o, öz maraqları üçün istənilən addımları ata bilər. Prezidentin çıxışında həm də kənardan bu məsələlərə müdaxilə etmək istəyənlərə - İrana, Fransaya və Rusiyaya xəbərdarlıq var idi. Biz başa düşməliyik ki, son iki il ərzində bunlar fəallaşıblar. Necə ki, iki il əvvəl bölgəni bu münaqişə vasitəsilə idarə edirdilər, indi də bu siyasətin davamını aparmaq istəyirlər. Məqsədləri budur. Amma bu siyasətin qurbanı təkcə Azərbaycan deyil, həm də ermənilərdir. Buna görə Prezident Əliyev həm də erməni xalqına müraciət etdi. Birbaşa çatdırdı ki, siz alətsiniz, sizi qurban verəcəklər. Son nəticədə Xankəndində təxribatların qurbanları siz olacaqsınız. Hesab edirəm ki, məhz Şuşada bu xəbərdarlığı etmək vacib və siyasi baxımdan yerində olan addım idi. Əminəm ki, bu xəbərdarlığı həm Ermənistanda, həm də Azərbaycanda eşidiblər. Bizdə indi ictimaiyyət arasında bu mövzularda formalaşan bir fikir var. Bu da odur ki, lazım gəlsə, Azərbaycan əlində olan imkanlardan istifadə edəcək, o cümlədən güc alətindən. Azərbaycan xalqı öz ordusunun və dövlətinin arxasındadır, onu dəstəkləyir. Bu baxımdan Şuşada verilən bəyanat və mesajlar yerində idi.

- Ortada rus sülhməramlılarla da bağlı problemlər var. Bu mövzuda düşüncələriniz nədir?

- Burada vəziyyət bəllidir. İndi Rusiya o durumda deyil ki, Azərbaycan “buradan çıxın gedin” desə, dirəniş göstərə bilsin. Uzağı təxribat törədə bilərlər. Amma çıxmağa qalanda, çıxacaqlar. Çünki imkanları yoxdur ki, Azərbaycana və Azərbaycan - Türkiyə müttəfiqliyinə qarşı hərbi addımlar atsın. Məhz buna görə də, ruslar istəyirlər ki, Fransa proseslərə cəlb edilsin. Fransa da buna gedir. Fransa Senatının qətnamə layihəsinə baxsanız görərsiniz ki, həmin sənəddə Fransanın bu məsələyə aid siyasətinin addımları göstərilir. Məsələn, bir bəndə görə, Xankəndində humanitar missiya açmaq istəyirlər. Bu, nəyə işarədir? Yəni, “imkan verin biz orada missiya açaq və bu prosesləri idarə edək, danışıqlarda ermənilərə dəstək verək”. Belə humanitar missiya başqa bir məsələyə də işarədir. Orada hansısa təxribat törətmək, sabah “ay-haray, orada ermənilərə qarşı genosid baş verir” təbliğatını qurmaq və BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı xüsusi qətnamə qəbul edilməsinə cəhd göstərmək. Yəni, Qarabağa humanitar inventarizasiya lazımdır.

Əslində, belə layihələr Fransada müharibə vaxtı və ondan sonrakı dövrdə də olub. Amma onun qarşısını BMT-də Rusiya və Böyük Britaniya alıb. İndi isə görürük ki, sanki Rusiya onlara dəstək verəcək. Ruslar bizə deyə bilərlər ki, əgər bizi qovursunuzsa, o zaman burada BMT-nin missiyasının tərkibində olacağıq: “ Bizim mandatımız Rusiyadan deyil, BMT-dən gəlir və sizin də bunun üçün icazəniz lazım deyil”. Mən ehtimal edirəm ki, belə oyunlarla qarşılaşa bilərik.

- Ermənistanın Baş naziri iddia edir ki, 10 noyabr sazişinə görə 5 ilin tamamında rus sülhməramlıların müddəti guya avtomatik olaraq 5 il də uzadılmalıdır. Üstəlik o, Bakını danışıqları pozmaqda ittiham edib və deyib ki, guya biz Qarabağda qalan bir ovuc ermənini “soyqırıma” məruz qoymağa hazırlaşırıq. Bununla da Paşinyan Azərbaycanı bir növ müharibəyə təhrik edirmiş kimi görünür. Sizcə, onun məqsədi nədir?

- Bu, dediyim planın tərkib hissəsidir və bunun konkret əlamətləri var. Praqaya getməzdən əvvəl Nikol Paşinyan hökuməti Ermənistanın növbəti il üçün dövlət büdcəsini qəbul edib. Həmin sənədə görə, müdafiə xərcləri 47 faiz artırılıb. Digər bənddə isə qondarma qurumun maliyyələşməsinə 360 milyon dollar ayrılır. Yəni, onlar Azərbaycan ərazisində və ayrılmaz hissəmiz olan Qarabağda 360 milyon dollar xərcləmək niyyətindədirlər ki, qondarma qurumu saxlasınlar. Bu, işğalın davamı deyil, nədir? Əslində, Ermənistan sülhü deyil, köhnə siyasəti yeni şəraitdə davam etməyi seçir. Birmənalı belədir.

- Azərbaycan-Fransa münasibətləri onsuz da gərgindir. Deməli, yaxın perspektivdə Rusiya-Azərbaycan münasibətlərinin də kəskinləşəcəyini gözləyirsiniz...

- Biz görürük ki, Ukrayna müharibəsinin nəticəsində zəifləyən Rusiya indi Türkiyəyə etibar etmir və çalışır ki, regionda qalmaq üçün Fransanı prosesə cəlb etsin. Əlbəttə, bunun hansı şəkildə baş verəcəyini demək çətindir. Amma ssenarilərdən biri BMT çətiri altında qətnamə qəbul edərək buna nail olmaqdır.

- Deməli, Moskva-Bakı münasibətləri gərginləşəcək...

- Hər halda, indi Rusiya üçün seçim vaxtıdır. Biz görürük ki, Ukrayna müharibəsində Türkiyənin rolu artır. Söhbət gedir ki, Prezident Ərdoğanın təşəbbüsü ilə hansısa danışıqlar baş verir. Hər halda, belə məlumatlar var. Yəni, Rusiya üçün Türkiyə vacib ölkədir. Bu mənada Azərbaycana belə bir təzyiq baş verərsə, Türkiyənin də buna reaksiyası olacaq. Vəziyyət heç də birmənalı deyil. Mən dediyim ssenari təxminən onların istədiyidir, amma ortada Azərbaycan-Türkiyə müttəfiqliyi də var.

Digər yandan Ermənistanın İrana bel bağlaması ABŞ-da qəbul edilmir. Dövlət Departamentinin son bəyanatı bunu açıq şəkildə ortaya qoyur. İran az qala Ermənistanın əsas ümid yeridir. Dövlət Departamentinin İrana qarşı Azərbaycanı müdafiə etməsi göstərir ki, İrəvan Tehrana çox da bel bağlamamalıdır. Yəni, vəziyyət daha mürəkkəbdir.

- Siz Azərbaycan-Ermənistan sərhədində və rus sülhməramlıların nəzarət etdiyi ərazilərdən Azərbaycana qarşı yeni təxribatların olmasını, eləcə də hərbi qarşıdurmanın baş verəcəyini gözləyirsinizmi?

- Daha çox Qarabağda gözləyirəm. Bu, atəşkəsin pozulması, guya Azərbaycan əsgərlərinin ermənilərə hücum etməsinə dair hay-küy salınması formasında ola bilər. Ermənilər elə teatr quracaqlar ki, dünyanı buna inandırsınlar. İndiyə kimi sərhəddə özləri təxribat yaradaraq dünyanı inandırıblar ki, guya biz sərhədi pozmuşuq. Halbuki, bizim kazarmada yatan uşaqları artilleriya atəşi açaraq şəhid ediblər. İndi də dünyanı inandırmağa çalışırlar ki, guya Azərbaycan onlara hücum edib. Onlar üçün yalan yaymaq adətdir və bunu ustalıqla edə bilirlər.

- Belə çirkin planların qarşısında Azərbaycan təxribatlara necə reaksiya verməlidir?

- Prezidentin Şuşadakı çıxışına diqqət etdikdə görürük ki, düşmənin planları haqqında Azərbaycanda məlumat var. Biz ictimaiyyət olaraq bu barədə geniş və çox danışmalıyıq. Təbii ki, belə şəraitdə bəhs edilən planı həyata keçirmək düşmənlər üçün çətin olacaq.

- Bəs, Azərbaycan Ordusu mümkün təxribatlara necə cavab verməlidir?

- Qanunlara uyğun olaraq. Qarşımızdakı terrorçudursa, onu vurmalıyıq. Başqa cür ola bilməz. Hesab edirəm ki, bizim bu sahədə olan mütəxəssislərimiz lazımi işləri görürlər. Hər şeydən xəbərimiz var. Sülhməramlılar tərəfindən silah-sursat daşınması barədə xəbər boş yerə sızdırılmayıb. Oradan tank əleyhinə hansısa vasitələr keçiriblər. Bu da onların gələcək təxribat ssenarisini bir növ açıqlamış olur. Bununla məşğul olan mütəxəssislər, dövlət qurumları var və onlar öz işlərini görürlər. Biz isə ictimaiyyət olaraq bu barədə çox danışmalıyıq ki, belə planların qarşısını alaq.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

qaraguruh 2022-11-13 15:25:58

heç bir maraqlı-filan bir şey yoxdur--erməni kanallarını izləyin bizdəki siyasilərin nə qədər aşağlıq-karyerist v.s savadsız olduqlarını görəcəksiniz--olmalı olan baş verib--və ya erməni elə həmən ermənidir--müharibəyə hazır olaq vəssalam

Roma 2022-11-13 12:46:09

Ən böyük təxribatçı Rusiya və onun siyasi rəhbərliyidir, necə deyərlər bizim əl-qolumuzu bağlayıb 5-10 dılğır ermənini üstümüzə qısqırdır. Rusiyadan istənilən alçaq hərəkəti gözləmək olar...

Roma 2022-11-13 12:34:06

Ən böyük təxribatçı Rusiya və onun siyasi rəhbərliyidir, necə deyərlər bizim əl-qolumuzu bağlayıb 5-10 dılğır ermənini üstümüzə qısqırdır. Rusiyadan istənilən alçaq hərəkəti gözləmək olar...

Moshu 2022-11-13 09:37:50

Hər hansı naziri, komitə sədrini vəzifədən uzaqlaşdırandan sonra vəzifədən uzaqlaşdırılan şəxs ölkə rəhbərliyinin yaxşı hərəkətlərini də qara rəngdə görür, altdan-altdan təxribatlara əl atır. Onlardan fərqli olaraq Tofiq Zülfüqarov hər zaman ölkə rəhbərliyinin qərarlarını, hərəkətlərini həmişə dəstəkləyib, hazırki müsahibə də buna mümunədir, əyani sebutdur. Maraqlı təhlildir. Fikrimcə, Xankəndi məsələsi hələ çox baş ağrıdacaq, problemlər yaradacaq. Tofiq müəllim bütün məsələlərə toxunub. Bir xalqın hamısı şizofrenik ola bilməz, onun ağıllı nümayəndələri yox deyil. Hazırda Xankəndində yaşayan ermənilərin hamısı başını itirməyib. Mənim düşüncəm bu qədərdir. Bu xalq nəticə etibarı ilə qorxaq xalqdır. Hələ dünyanın düz vaxtı deyərdilər ki, erməni qandan qorxur. Şərti götürək, elə fərz edək ki, Xankəndində özlərinin iddia etdiyi kimi 50 min erməni yaşayır. Bizim, konkret olaraq DTX-nin vəzifəsi heç olmasa 15-20 faizi arasında təbliğat işi aparmaq olsa əminəm ki, bu faizlər öz aralarında doğru seçim edə biləcəklər. Bu insanlar əksər erməni millətçilərinin əsarətindədirlər və düzgün seçim edə bilmirlər. Hazırda onlar da görürlər Azərbaycanın inkişafı hansı səviyyədədir, Ermənistanınkı hansı səviyyədə. Təbliğata güc vermək lazımdır. Erməni əhalisinin arasında maarifləndirmə işinə, maliyyə məsələlərinə üstünlük vermək zəruridir. Dilənçi günündə, yoxsulluq şəraitində yaşayan erməniləri maddi tərəfdən maraqlandırmaq lazımdır, müharibəyə ehtiyac da qalmayacaq, belə ermənilər Xankəndini qansız-qadasız tərk edəcəklər.

korrektor 2022-11-12 19:00:47

Məncə Laçın dəhlizi bağlanmalıdır. Burada bundan başqa çıxış yolu yoxdur.

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.