Menu

Aİ Ukraynaya 18 milyard avroluq yardım göstərməkdə çətinlik çəkir

13.11.2022, 17:34
Aİ Ukraynaya 18 milyard avroluq yardım göstərməkdə çətinlik çəkir

Ukraynaya 18 milyard avro məbləğində maliyyə yardımının ayrılması məsələsi Avropa İttifaqında (Aİ) ciddi mübahisəyə səbəb olub, çünki vəsaitin nədən ibarət olacağı və hər bir ölkənin nə qədər pul ayıracağı bəlli deyil.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşr qeyd edib ki, Aİ vəsaitin böyük hissəsinin ABŞ tərəfindən kompensasiya ediləcəyinə, qalan vəsaitin isə beynəlxalq maliyyə təşkilatlarından kreditlər şəklində gələcəyinə ümid edir.

Avropa Komissiyası kapital bazarlarına lazımi vəsaitlərin cəlb edilməsinə dəstək məqsədilə büdcəsinin xüsusi hissəsindən vəsait ayırmaq niyyətindədir.

Şərhlər

Stat Hesabdar 2022-11-13 18:35:39

Görəsən, hərtərəfli dəstəklənən, NATO və ABŞ əleyhidarı üç dəfə az Yunanıstana hər il nə qədər yardım edilir və nə qədər borcludur? Onu da təcavüzkarlar sırasına aid etmək olar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol