Menu

İranda neft emalı zavodunda güclü yanğın baş verib

13.11.2022, 16:56
İranda neft emalı zavodunda güclü yanğın baş verib

Bazar günü İranın mərkəzi hissəsində yerləşən İsfahan əyalətinin Mobarak sənaye şəhərində neft emalı zavodunda güclü yanğın baş verib. Bu barədə yerli təhlükəsizlik xidməti məlumat yayıb.

Məlumata görə, yanğın avtomobil yağı istehsalı zavodunu əhatə edib. Onun söndürülməsinə 20 yanğınsöndürmə briqadası cəlb olunub. Müəssisənin əməkdaşları təcili təxliyə edilib.

İlkin məlumata görə, insident zamanı 15 nəfər xəsarət alıb.

Yanğının lokallaşdırıldığı bildirilir.

Qeyd edək ki, ümumilikdə yanğının baş verdiyi ərazidə 400-ə yaxın sənaye obyekti var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol