Menu

İstanbulun İstiqlal küçəsinə bomba qoymaqda şübhəli bilinən şəxs saxlanılıb

14.11.2022, 07:53
İstanbulun İstiqlal küçəsinə bomba qoymaqda şübhəli bilinən şəxs saxlanılıb

Türkiyə polisi bazar günü İstanbulun İstiqlal küçəsinə insan ölümü ilə nəticələnən bomba qoymaqda şübhəli bilinən şəxsi saxlayıb.

APA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Bir müddət əvvəl terror aktını qadının törətdiyi iddia edilirdi. Polisin saxladığı şəxs qadın olsa da, onun şəxsiyyəti açıqlanmır.

Soylu qeyd edib ki, izlər Ankaranın terrorçu elen etdiyi Suriyadakı kürd qruplaşmalarına aparıb çıxarır.

Şərhlər

Anar Əhmədov 2022-11-14 10:38:22

Qardaş Türkiyənin başı sağ olsun! Allah həlak olanlara rəhmət eləsin, yaralılara şəfa versin.
Terroru törədənlərində Allah bəlasını versin İnşAllah!
Yaşasın Azərbaycan Türkiyə qardaşlığı və birliyi!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol