”Siyasi qətnamələrin sayı artdıqca, erməni xalqının sayı azalır” - Zahid Oruc

"Vətən müharibəsi təkcə hərbi meydanda deyil, həm də dövlətlərin siyasi simasını açdığına görə böyük Qələbədir. Fransa Senatının dünənki qərarı da, 2020-ci ilin noyabrın 25-də Qarabağı tanımağa çağıranların 44 günlük müharibədəki məğlubiyyətidir. Qətnamənin preambulasında BMT Nizamnaməsinə istinad olunur. Baxın, dünya təhlükəsizliyinə cavabdehlik daşıyanlar millətləri necə birləşdirir?"

"AzPolitika.info" xəbər verir ki, bu fikri bunu Milli Məclisin plenar iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc deyib. 

O bildirib ki, senatın qərarında ikinci bənd Türkiyədən qorxunu nümayiş etdirir: " Yunanıstanda olduğu kimi Ermənistanla sərhədlərə qoşun yığıb, Gümrüdən Rusiya hərbi qüvvələrini çıxarıb Qafqazı tutmaq istəyirlər. Xalqımız bilməlidir ki, dünən Fransa Senatında qərar çıxaranlar İstanbulun mərkəzində qanlı terrorun sifarişçiləri ilə eyni qüvvələrdir. Siz Şarli Hebdo qətlindən sonra Parisdə çiyin-çiyinə dayanan dövlətləri Türkiyə və Azərbaycanla bir sırada görməzsiniz. Lakin o qətnamələr Vətən müharibəsinin nəticələrini dəyişmir, əskinə erməni xalqına növbəti zərbədir. Çünki ondan yalnız bir ovuc siyasi avantürstlər fayda götürür. Baxın tarixə, belə qərarların sayı artdıqca erməni xalqının sayı azalır.

Fransa Senatının Xankəndi ermənilərinin təmçilçisi adı ilə Ovanes Kevorkyanı da dəvət edib. Qərbin siyasi riyakarlığına baxın, sabah ölkəmizi insan hüquqları və demokratiya pozuntusunda qınayanları bir daha tanıyın.

Ölkəmizə qarşı sanksilayalara çağıranlar avropalıları soyuqdan dondurmağa razıdılar. Yelisey sarayı ilə Strasburqun parlament binası arasında məsafə cəmi 460 km-dir. Lakin dünyaya demokratiya dərsi verənlər 296-dan 295 səslə-az qala 100 faizlə qanlı totalitar diktatura olduqlarını sübut etdilər. Avropa dövlətlərində vəzifələrə yerləşən erməni şəbəkəsinə əsaslanıb deyə bilərik ki, Ermənistan kiçik, Fransa Böyük Ermənistandır. İkinci dünya müharibəsindən sonra ataları Almaniyaya “təslimçilik aktını-sülh müqaviləsini imzalama, biz səni qoruyacağıq” deyənlərin övladları bizi təhdid edir. Faşizmi dirçəldən Yelisey sarayıdır. Lakin Levon ter Petrosyan son müraciətini yazır- o 34 il əvvəl Parisdən başlanan müharibənin növbəti qurbanlarını xəbərdar edir.

İki ay əvvəl, fransız müdafiə naziri Sebastyan Lekorno açıq bəyan etmişdi ki, biz Ermənistana qoşun yeritməliyik. 6 oktyabrda Praqada prezident İlham Əliyev onun qarşısını aldı.

Çıxış yolu səfirliyə hücum etmək, yumurta və pomidor atəşinə əl atmaq deyil. Ərzağa heyifdir. Total şirkətini Abşeron yatağından qovmaq da ölkəmizin iqtisadi izolyasiyasını istəyənlərin xeyrinədir, əksinə kompaniyanın resurslarını Avropaya və Fransa elitasına qarşı yönəltmək gərəkdir.

Cavab reaksiyamız Bolqarıstandan Ağdama, Praqadan Səmərqəndə qədər Qələbəmizi möhkəmləndirən prezidentlə bir olmaq, eləcə də şərq və Azərbaycan qadınının etirazını ləyaqətlə ifadə edən Mehriban xanım Əliyevanın qərarına onlarla dövləti qoşmaqdır. Biz ermənilərə deməliyik: siz türklərə və azərbaycanlılara xidmət edəndə xilas olursunuz. Onları başa salmalıyıq- əsgərini hərbi meydanda, ticarətçisini birjada.

Biz Fransa parlementinə Şuşada yeni bəyənnamələrlə cavab verməliyik. Çünki bizim müttəqilərimiz daha çoxdur!"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar