“TÜRKİYƏYƏ GÜRCÜ VƏ ERMƏNİDƏN 3 DƏFƏ BAHA UÇURUQ” – Parlamentin komitə sədrləri AZAL-ı tənqid edib

“Azərbaycan vətəndaşının xaricə çıxışının yeganə nəqliyyat vasitəsi olan AZAL-ın biletlərinin qiyməti nəinki inhisarçı şirkətin vətəndaşlara ağır maliyyə yüküdür, eləcə də Hesablama Palatasının apardığı son auditdən göründüyü kimi, şirkətin borcu dövlətin iqtisadi təhlükəsizliyini təhdid edir”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Zahid Oruc deyib ki, müasir hava limanı, son sinif təyyarələr, yanacaq və təchizatı hökumət tərəfindən təmin olunan şirkətin vəziyyətinə diqqət yetirmək lazımdır: “Auditdə yazılıb ki, kovidlə bağlı dövlətin göstərdiyi yardımın 35,3 milyon manatı əvvəlki illərin öhdəlikləri, kapital qoyuluşları, qeyri-kommersiya xarakterli, lüzumsuz ödənişlər və cərimələr, qabaqcadan təsdiqlənən bölgüyə aid olmayan istiqamətlərə xərclənib. Bank kreditləri və digər borclanmalar 2022-ci il yanvarın 1-nə 2,1 milyard təşkil edir və nəinki likvidliyə, eləcə də dövlət büdcəsinə əsaslı təhdiddir. Beləliklə, alternativ beynəlxalq uçuşlar həyata keçirən şirkətlərin olmadığı bir məkanda vətəndaş təkcə bir istiqamətə -Türkiyəyə gürcü və ermənilərdən 3 dəfə baha uçur. Ona görə də Füzuli, Zəngilan və gələcək Laçın hava limanlarının idarəçiliyini AZAL-a vermək olmaz. Azad torpaqlarda hava limanları təkcə mülki deyil, həm də hərbi və təhlükəsizlik əhəmiyyəti daşıdığı üçün AZAL kompaniyasının hazırkı idarəçilik modeli dəyişməlidir”.

Parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva da AZAL-la bağlı tənqidlərə qoşulduğunu bildirib. Onun sözlərinə görə, bu sahədə məsələlərə daha ciddi nəzarət təmin olunmalıdır.

635x100

Şərhlər

Abbas 2022-11-18 15:21:32

KIşi ilə nə işiniz var.O nə istəyir onu edib və edəcək.

Moshu 2022-11-18 09:36:38

Məlumat üçün qeyd edək ki, 1992-ci ildə yaradılmış AZAL-ın donanmasına “Boeing” və “Airbus” şirkətlərinin istehsalı olan 18 sərnişin təyyarəsi daxildir. AZAL ölkəxarici 50 şəhərə, ölkədaxili isə 2 şəhərə müntəzəm uçuşlar həyata keçirir. Hazırda hava yolu ilə sərnişin daşımalarının 97 faizi AZAL-ın tabeliyindədir. Ölkədə “Buta” və Türk Hava Yolları (THY) şirkətləri də fəaliyyət göstərir. Lakin AZAL monopolist siyasətlə bu şirkətləri də özünə tabe etməyi bacarıb. Milli Məclisin komitələrinin birgə iclasında 2016-cı ilin dövlət büdcə zərfi ilə bağlı aparılan müzakirəlr zamanı deputat Zahid Oruc qeyd edib ki, bu gün AZAL-ın dövlətə xeyli borcu var və bu borc haradasa beş yüz milyon (500 000 000) manat civarındadır. Dövlət başçısı çıxışlarının birində qeyd etmişdir ki, AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? Dövlətin bu sahəyə dotasiya ayırması ilə problemi həll etmək mümkün olmur. Öllkə başçısı dəfələrlə hökumətə tapşırıbdır ki, bu məsələyə aydınlıq gətirsin, hökumətimiz isə qabaqdan qış gəlir, qış yuxusuna gedib. Qonşu ölkələrlə Azalın qiyməti müqayisə olunsa fərq AZALın gözqnə girir. Qeyd edək ki, Gürcüstandan İstanbula uçuş adambaşına 110 manat olduğu halda, Azərbaycandan İstanbula aviabiletin qiyməti günlərdən asılı olaraq 400-500 manat arası dəyişir. Yəni, AZAL-ın qiymətləri azından 4 dəfə bahadır. Geri dönüşlə birgə Azərbaycandan İstanbula səyahət üçün təkcə bilet qiyməti 800 manat təşkil edir. Onu da diqqətə çatdıraq ki, AZAL-ın bahalı qiymət siyasəti ölkəyə gələn turistlərin də istiqamətini digər ölkələrə yönəldir. Cahangir Əsgərov bu xalqı istismar etdiyinə görə - Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə 10 iyul 2010-cu ildə "Şöhrət", 11 iyul 2020-cu ildə, 26 gün bundan əvvəl isə “Şərəf” ordeni ilə təltif edilib, bu azmış kimi AZAL-a 86,9 milyon manat yardım ayrılıb. Hesablama Palatası harada ölüb? Prokurorluq hara baxır? Belə ləyaqətsiz münasibətin bircə səbəbi var. Əgər Cahangir Əsgərov bu millətin övladı olsa idi yəqin ki, öz xalqına qənim kəsilməzdi. Biletlər ucuz olsa idi Cahangir Əsgərov İsmayıllı rayonunun Bədo bulağı deyilən yerlə üzbəüz vertolyot meydançası olan nəhəng villa tikdirə bilərdimi? (Yazılardakı müəyyən məlumatları internet səhifəsindən götürmüşəm)

RR 2022-11-17 22:14:56

Xeyri var , bu deyilenlerin? Derdiyeeeeee

Eli 2022-11-17 19:16:28

Bu AZAL-ın prezidenti tek tek vezife sahiblerindendir ki,Hökümete ve millete meydan oxuyur yeni ne isteyir edir,öz işindedir.

Son yazılar