Menu

Pakistan ordusunun postuna hücum olub - Ölən və yaralananlar var

21.12.2024, 19:03
Pakistan ordusunun postuna hücum olub - Ölən və yaralananlar var

Silahlılar Əfqanıstanla sərhəddə Pakistan ordusunun postuna basqın edib.

APA xarici KİV-ə istinadən xəbər verir ki, hücum zamanı 16 nəfər ölüb, 5 nəfər ağır yaralanıb.

Məlumatda bildirilib ki, silahlılar nəzarət-buraxılış məntəqəsində mövcud olan simsiz rabitə vasitələrini, sənədləri və digər əşyaları yandırıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol