Menu

Nazim Bəydəmirli həbsxanaya köçürüldü

21.12.2024, 17:45
Nazim Bəydəmirli həbsxanaya köçürüldü

İş adamı Nazim Bəydəmirli Bakı İstintaq Təcridxanasından 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

Bu barədə “AzPolitika”-ya onun yaxınları məlumat verib.

Dekabrın 10-da Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib, birinci instanisya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

N.Bəydəmirli ötən il həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr tarixli hökmü ilə 8 il azadlıqdan məhrum edilib. İş adamı ittihamları qəbul etməyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol