Elnur Əliyevi bu vəzifədə o əvəz etdi - Yeni vəzifə verilən Azad Cəfərli kimdir? (Yenilənib)

Mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının üzvləri siyahısından çıxarılıb.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Eyni zamanda, Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Müşahidə Şurasına yeni üzv təyin olunub.

Qeyd edək ki, Azad Cəfərli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin 1999-cu ildə “Beynəlxalq hüquq” ixtisası üzrə bakalavr, 2001-ci ildə “Beynəlxalq münasibətlər” ixtisası üzrə magistr, Cenevrə İnsan hüquqları Akademiyasının Beynəlxalq humanitar hüquq və insan hüquqları üzrə elmlər namizədi (L.L.M.) dərəcələrini alıb. “İşğal olunmuş ərazilərdə mədəni sərvətlərin qorunması” mövzusunda diplom müdafiəsi edib. Həmçinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər sahəsində bir sıra kurslarda və təlimlərdə iştirak edib.


Əmək fəaliyyətinə 1999-cu ildə Xarici İşlər Nazirliyində başlayıb. 2004-2008-ci illərdə Azərbaycanın BMT-nin Cenevrə bölməsi yanındakı Daimi Nümayəndəliyində çalışıb.

2008-2012-ci illərdə Xəzər dənizinin hüquqi statusu, dəniz ətraf mühitinin qorunması, insan hüquqları və digər sahələrdə ekspert kimi fəaliyyət göstərib.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Beynəlxalq əlaqələr şöbəsinin müdiri (2012-2016) vəzifəsində çalışıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatının rəhbəri vəzifəsini daşıyıb.

Beynəlxalq hüquq və dövlət xidmətlərinin göstərilməsi mövzusunda bir sıra məqalələrin müəllifidir.

“Qərb” Universitetində, ADA Universitetində və “ASAN xidmət”in Təlim mərkəzində beynəlxalq hüquq, danışıqların aparılması, dövlət xidmətlərinin göstərilməsi konsepsiyası üzrə qabaqcıl təcrübə mövzularında yerli və əcnəbi dinləyicilərə mühazirələr deyib.

2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.

İngilis, fransız, rus və türk dillərini bilir.

635x100

Şərhlər

Miri 2022-11-18 06:32:26

Mədəniyyətimizi talayan nazirliyimizə talançıların "biri gedir, betəri gəlir". Hamısının da "xarici təhsili" 5 diplomu, yeddi dili, 4 başı, 6 eynəyi, 12 ayağı, 40 əli, sonsuz tamahı.... Təpəsinə daş düşüb altına qalan mədəniyyətim vay.....

Zeynalov 2022-11-17 21:30:23

Bunun bulamadığı yer qalmayıb.Bir yerdə təcrübə almayan.stabil stajı olmayan,təyin edildiyi idarələrə daşınan adamdan dövlət nə nəticə gözləyə bilər? Bunları belə idarələr gəzdirməyə nə ehtiyac var ki? Mütəxəssis qıtlığıdıe,yoxsa yalnız bir qrup dövlət idarələrində bəslənilməlidirlər.Bu necə kadr siyasətidir?Beş fün burada.büş gün orada!.

Son yazılar