ƏLİYEVİN SON BƏYANATI NƏDƏN XƏBƏR VERİR? - "Paşinyana, Vardanyana və Moskvaya mesaj var..."

Separatçıların tərksilah edilməsi, sülhməramlıların çıxarılması gündəmə gəlir

Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən Avropa İttifaqı ilə əməkdaşlıq və Ermənistanla danışıqlar prosesi barədə diqqət çəkən fikirlər söyləyib.

Birincisi, bir daha vurğulanıb ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanması planlaşdırılan sazişin mətninin 90 faizi hazırdır. Ancaq İlham Əliyevin sözlərindən aydın olub ki, 10 faiz ətrafında ciddi fikir ayrılığı var və bu iqtisadi məsələlərlə əlaqəlidir.

İlham Əliyevin “ilişib qaldığımız məsələlər var” ifadəsi də bundan xəbər verir. Böyük ehtimalla söhbət Brüsselin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük şərtindən gedir. Bu məsələ həll olunmayınca sazişin imzalanması uzanacaq.

İkincisi, İlham Əliyev bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın və digər erməni rəsmilərin Azərbaycanı İŞİD və “Əl-Qaidə” terrorçuları ilə müqayisə etmələrinin bu ölkə üçün ağır nəticələri ola bilər. Paşinyanın vaxtilə Şuşada içkili vəziyyətə yallı gedərək ard-arda “Qarabağ Ermənistandır” absurd açıqlamalarının da onun və ölkəsi üçün ağır nəticəsi oldu, bu İkinci Qarabağ müharibəsinin başlanma tarixini qısaltdı.

Üçüncüsü, İlham Əliyev bir daha vurğulayıb ki, sülh sazişində Qarabağa dair heç bir bəndi qəbul etməyəcək, bu Azərbaycanın daxili işidir. Halbuki, Nikol Paşinyan Azərbaycanla sülh sazişindən danışarkən Qarabağ mövzusuna da eyhamlar vurur. Paşinyan bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bildirərkən, digər tərəfdən Qarabağla bağlı nəsə “təminat” almağa çalışır. Bu siyasət iki ölkə arasında sülhün əldə edilməsi imkanlarını azaldır.

Dördüncüsü, İlham Əliyev Qarabağ erməniləriylə dialoq və Ruben Vardanyanla bağlı fikirlərini belə ifadə edib: “Biz Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Biz buna hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb”.

Cümlənin birinsi hissəsində həm Vardanyana, həm də onu Qarabağa göndərən Moskvaya mesaj var ki, rəsmi Bakı onunla danışmayacaq.

Cümlənin ikinci hissəsindəki “Qarabağda yaşamaq istəyənlərlə dialoq qurulacaq” isə o deməkdir ki, Qarabağda yaşamaq istəyən ermənilər Azərbaycan qanunlarını qəbul etməlidir, əks halda bölgəni tərk etməli olacaqlar.

İlham Əliyev Qarabağ erməniləriylə dialoqun başlandığını deyib. Bu mürəkkəb proses olacaq. Çünki Azərbaycan qanunları ilə yaşamaq istəyən ermənilərə silahlı separatçılar, Ruben Vardanyan və Qarabağdakı rusiyalı hərbçilər mane olmağa çalışacaqlar. Qarabağın tamamının Azərbaycan qanunlarına tabe olmaması məsələsində bu qüvvələrin marağı eynidir. Bunun həll yolu Rusiya hərbçilərinin bölgədən çıxarılmasından və separatçıların tərksilah edilməsindən keçir.

“Atlas” Araşdırmalar Mərkəzi

635x100

Şərhlər

Moshu 2022-11-19 18:39:32

Azərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan dövləti unitar respublikadır. 30 il ərzində paramparça olmuş dövlətimiz Allaha şükürlər olsun şəhidlərimizin qanı, qaizlərimizin sağlamlığı, möhtəşəm Silahlı Qüvvələrimizin rəşadəti hesabına qismən də olsun ölkəmizin yaralanmış əzalarını özünə qaytardı. Ana Yasamıza müraciət etsək belə bir maddə ilə də üz-üzə gələ bilərik. Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onların qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir. Əlavə şərhə ehtiyac yoxdur. Biz unitasr, suveren dövlətiksə hansısa sülhməramsızların mənim ərazimdə nə ölümü var? 44 günlük müharibənin nəticəsi kimi bu addımı atmağa məcbur idik, bu bir məcburi siyasi addım idi. Rusiya tərəfi və ermənilər anlamalıdırlar ki, Azərbaycanı Kosovo ilə eyniləşdirmək olmaz. Dağlı Qarabağ məsələsi bolşeviklərin savadsız, olmayan başları ilə başmıza ağrı gətirən bir layihə idi. Bu gün bunları erməni tərəfi də başa düşür, amma kor yapışdığını buraxmır ki, buraxmır. Bu “ağıllı” millət dəqiq anlayır ki, qatar artıq gedib, hazırda onun arxasınca baxırlar, lakin bu tutulduqları nə azardır ki, ondan əl çəkə bilmirlər. Bu 30 ildə o qədər qrant, yardımlar alıblar ki, hazırda onun bədəlini qaytara bilmirlər. Sadəcə olaraq bu xalqın düşünən materialı xarabdır. Artıq neçə əsrdir ki, Ruysiya bir imperiya olaraq Azərbaycandan əl çəkmir, necə deyərlər ayı motaldan əl çəkdir, motal ayıdan əl çəkə bilmir. Hazırda erməni əsilli (YOUTUBE-a daxil olub baxmaq olar) Mişustunin Azərbaycana səfəri səbəbsiz deyil. Bu səfər növbəti təxribata hazırlıq yaradır. Hər halda biz buna hazır olmalıyıq, əlimiz tətikdə olmalıdır. Gümanlarıma görə Xankəndində yaşayan ermənilərin ən azından 20-30 faizi Azərbaycan qanunlarına tabe olmaq arzusundadır, sadəcə olaraq erməni cəlladlarının əlində bir alətə çevrikiblər. Ölkə başçısı da bunu çıxışında qeyd edib.İş görün nə yerə çatır ki, oktyabr ayının 3-də “Artsax Respublikasının Prezidenti Arayik Arutyunyan Artsax Respublikasının Milli Assambleyasında təmsil olunan siyasi qüvvələrin təklifini qəbul edərək, bir sıra yüksək səviyyəli rəsmilərin, bütün parlament qüvvələrinin nümayəndələri və Erməni Apostol Kilsəsinin Artsax yeparxiyasının rəhbərinin iştirakı ilə Təhlükəsizlik Şurasının genişləndirilmiş iclasını çağırdmışdır”. İnternetə daxil olub bu məlumatla geniş tanış ola bilərsiniz. Bu iclasda qəbul edilmiş qərarda iki bəndi nəzərinizə çatdırmaq istərdim “Bildiririk ki, 2020-ci ildə Türkiyə-Azərbaycan təcavüzü, eləcə də ondan sonra baş vermiş və iki ildir davam edən hərbi-siyasi vəziyyətin inkişafı nəticəsində faktiki olaraq elə bir vəziyyət yaranıb ki, Azərbaycan öz qeyd-şərtsiz dəstəyi ilə Türkiyənin təsirli rıçaqlarını əldə edib və maksimalist iddialarını təmin etmək üçün onları aqressiv şəkildə tətbiq edir. Azərbaycanın hərəkətləri ardıcıl güc tətbiqi və güc tətbiq etmə hədəsi, dövlətin ermənilərə qarşı mənfur siyasətinin artan təzahürləri və beynəlxalq hüququn fundamental normalarının digər kobud şəkildə pozulması ilə müşayiət olunur. Azərbaycan bütün rıçaqlardan istifadə edərək Ermənistan Respublikasına qarşı təkcə diktə və təzyiq mövqeyini deyil, həm də Qarabağ münaqişəsinin həlli üçün hər hansı səy və formatın uğursuzluğa düçar olmasını təmin etməyə çalışır, problemin artıq hərbi yolla həll olunduğunu bəyan edir deməkdir. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri və digər beynəlxalq aktorlar müxtəlif ifadələrlə münaqişənin mövcudluğunu və onun hərtərəfli həllinin zəruriliyini bir daha təsdiqlədilər.” Daha sonra, “Artsax Respublikasının mövqeyi həmişə aydın olub və odur ki, Qarabağ münaqişəsi Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnun tam və qeyd-şərtsiz tanınması və həyata keçirilməsinin nəticələri əsasında həll edilməlidir. Danılmaz faktdır ki, 1991-ci ildə Artsax xalqı beynəlxalq hüquq normalarına və SSRİ qanunvericiliyinə uyğun olaraq öz müqəddəratını təyin etmək hüququndan istifadə edib və Artsax heç vaxt Azərbaycanın tərkibində olmayıb. Üstəlik, Artsax Respublikasının beynəlxalq səviyyədə tanınmaması Artsax xalqının təbii hüquqlarının olmaması və Artsax Respublikasının mövcudluğu faktı demək deyil. Bütün çətinliklərə və çağırışlara baxmayaraq, biz bundan sonra da öz taleyimizi müstəqil şəkildə müəyyənləşdirmək və ona doğma vətənimizdə nəzarət etmək üçün seçdiyimiz yolla getməyə davam edəcəyik.”. Qısa və konkret. Bu materialla tanış olmaq üçün bu linkə (https://armenpress.am/rus/news/1093995.html) daxil olub tanış ola nbilərsiniz. Odur ki, Xankəndi və ətraf rayonlarla bağlı aidiyyəti qurumlarımız qabaqlayıcı tədbirləri görməlidir. Ölünü öz başına buraxsan çox oyunlardan çıxar.

Kürən Yezitov 2022-11-18 12:30:05

Azərbaycan hansısa sövdələşmələrə görə 27 il RF tərəfindən operativ icra olunacaq DQMV ərazi bütövlüyünün bərpasını gözləməli olub? Hazırda hansısa sövdələşmələrə görə üçüncü ildir ki, Qarabağın əski soyqırım terrorçularından azad edilməsi gözlənir? Adekvatlıq sualı doğur-Azərbaycan yenə Ermənistana və hazırda N.V.Paşinyana təslimdirmi? Ermənistan bütün yerli türk və azərbaycanlıları deport etdiyi halda Azərbaycan ermənilərə hansı zəmanəti verə bilər və verməlidirmi?

Son yazılar