TƏBRİZDƏ MİLLİ MÜQAVİMƏT CƏBHƏSİ BƏYANAT YAYDI - "Tökülən qanların intiqamı alınacaq" + VİDEO

Azərbaycan Milli Müqavimət Cəbhəsi Təbrizdə etirazlar zamanı Tibb Elmləri Universitetinin tələbəsi Aylar Həqqinin öldürülməsi ilə bağlı bəyanat yayıb.

Bu barədə Azərbaycan Starateji Araşdırmalar Mərkəzinin İnformasiya xidmətindən məlumat verilib.

Müqavimət Cəbhəsinin yaydığı bəyanatda rejimə bağlı, sapı özümüzdən olan baltalara son xəbərdarlıq çağırışı edilib. Yayılan çağırışda deyilir: “Təbrizdə öldürülən Aylar Həqqinin intiqamı mütləq alınacaq. Güney gəncləri tökülən qanların intiqamını alacaq və rejimə bağlı olan heç kəs artıq güvəndə olmayacaq. Əgər dünənə qədər molla əmmaməsi ayaq altına atılırdısa, bu cinayətlər durdurulmasa və millətimizin etirazlarına qatilcəsinə cavab veriləcəksə, o başlar əmmamələrlə birlikdə ayaq altına atılacaq. Bu səsi rejimə bağlı qatillər eşitsinlər və rejimə bağlı heç kim rahat yatmasın”.

Güney gəncliyi xəbərdarlıq edərək əlavə edib: “Əlləri qana batmayanlar millətin yanına gəlsin. Nə qədər gec deyil, özünüzü və ailənizi xilas edin. Qan tökməyi düşünən hər kəs bilməlidir ki, onlar mütləq millətin önündə cavab verəcəklər”.

Qeyd edək ki, Təbrizdə etirazlar zamanı Tibb Elmləri Universitetinin tələbəsi Aylar Həqqi öldürülüb. o, hökumət qüvvələrinin nümayişçilərə qarşı zorakılığı və güc tətbiq etməsindən sonra binalardan birinə sığınıb.

Etirazçıları təqib edən bir neçə xüsusi təyinatlı onun ardınca binaya girib və Aylar Həqqini oradan aşağı atıb. Ağır bədən xəsarətləri alan gənc qız hadisə yerindəcə həyatını itirib.

Əslən Şərqi Azərbaycan əyalətinin Məlik (Məlikan) kəndindən olan tələbənin dəfn edilmək üçün doğma kəndinə aparılmasına icazə verilməyib.

Aylar Həqqinin ailəsi və rabitə idarəsində çalışan atasına dəfn mərasiminin səssiz keçirilməsi və ictimailəşdirilməməsi üçün təzyiq edilib.

Qeyd edək ki, etirazlar başlayandan noyabr ayının 16-dək İranda öldürülənlərin sayı 362 nəfərə çatıb.

635x100

Şərhlər

Xanım Bağırlı 2022-11-19 01:53:12

Allah bu molla rejiminə lənət eləsin. Din adıyla, şeytanlıq edir bu iranın erməni düşkünlıri. Araşdırılıb tarixini axtarılsa bu mollalar heç biri müsəlman deyildir. Heç bir müsəlman öz din qardaşlarına bu müsübəti yaşatmaz. Azərbaycanlıların " daşları ağır olub" necədə altında qlıb ölmürlər...!

N.Seyfeli. 2022-11-19 01:03:23

Besheriyyetin gozu qabaginda iran pis qoxulu golmeceye benzeyir, mutleq qurudulmalidir ve artiq geriye yol yoxdur.

Eli 2022-11-18 20:17:22

Allah ve din adından danışan bu ermeni-fars “mollalar” insanlar terefinden olmasa da Uca Tanrı terefinden mütleq cezalandırılacaq:Müqeddes Qurani Kerimde deyildiyi kimi : “Her kes öz emelinin girovudur” ve o günü biz mütleq göreceyik.

korrektor 2022-11-18 19:46:17

ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!

dadaşyev 2022-11-18 18:49:11

Qolunuza qüvvət,Güneyli qardaş-bacılarımız!Qələbə Dərbənddən Həmədana qədər Böyük Vahid Azərbaycanındır!Aylar qızımıza və bütün şəhidlərə Allah rəhmət eləsin.Amin! İnqilab qurbansız olmaz.

Son yazılar