Menu

Polşa Rusiya nümayəndələrini ATƏT XİN Şurasının iclasına buraxmayacaq

19.11.2022, 00:23
Polşa Rusiya nümayəndələrini ATƏT XİN Şurasının iclasına buraxmayacaq

Rusiya nümayəndələri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri (XİN) Şurasının iclasına buraxılmayacaq.

APA Lenta.ru saytına istinadla xəbər verir ki, tədbir Varşavada keçiriləcək.

Qeyd edək ki, Polşanın Rusiya və Belarusa bu görüşdə iştirak üçün dəvət göndərdiyi bildirilmişdir.

İndi isə Polşanın Rusiya parlamentarilərinə ATƏT Parlament Assambleyasının (PA) noyabrın 24-26-da Varşavada keçiriləcək payız sessiyasında iştirak etmək üçün viza vermədiyi məlum olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol