Menu

"Bu il 1100 mənzil şəhid ailələrinə və qazilərə təqdim edilib"

19.11.2022, 12:00
"Bu il 1100 mənzil şəhid ailələrinə və qazilərə təqdim edilib"

"Bu il 1100 mənzil şəhid ailələrinə və qazilərə təqdim edilib".

"Report"un Qərb bürosunun məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu il üzrə şəhid ailələrinə və qazilərə, ümumilikdə, 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub.

Nazir müavini deyib ki, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər avtomobillə də təmin edilir: "Belə ki, postmüharibə dövründə 300-dən çox, ümumilikdə, ötən dövrdə 7500-dən çox avtomobil təqdim olunub".

Şərhlər

t.ədalət 2022-11-19 15:31:43

Amma bu mənzillər şəhid və müharibə əlillərinə layiq layihə əsasında tikilməyib,həm də şəhərdən çox uzaqda tikilib.Belə çıxır ki,hakimiyyətin mərkəzdə hədiyyə kimi mənzil verdiyi məmurlar, Vətən üçün şəhid olanlardan hörmətli hesab olunurlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol