Kiyevdə azərbaycanli döyüşçü ilə vida mərasimi keçirilib - FOTOLAR + VİDEO

Ukrayna-Rusiya savaşında həlak olan 33 yaşlı həmyerlimiz Sabir Qəzənfərov Kiyev şəhərində dəfn edilib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavad “Feysbuk” hesabından paylaşım edib.

Qeyd edək ki, azərbaycanlı döyüşçünün vida mərasimində Hikmət Cavadın rəhbəri olduğu idarə heyətinin üzvləri, Krım tatarlarının liderlərindən Rüfət Çibarov, Sabirin döyüş yoldaşları, orada yaşayan həmyerlilərimiz və xanımı iştirak edib.


Mərhum azərbaycanlının xanımı Katyanın sözlərinə görə, o, Sabirlə birgə müharibənin ilk günlərindən Ukraynanın müdafiəsində iştirak edib: “Həyat yoldaşım Sabir Qəzənfərov könüllü dəstələrə qoşulub, Ramansk körpüsündə Rusiya ordusunun əsgərlərinin atəşə tutduğu uşaqları, qocaları, qadınları ölümdən xilas edib. Bundan əlavə, Buçada yaşanan faciədə insanlara yardım edib.

O, maşında yoldaşları ilə birlikdə döyüş tapşırığını yerinə yetirməyə gedərkən, Yeroslav adlı əsgərlə bir yerdə həlak olub. Üç nəfər isə yaralanıb. Mən isə Ukrayna Silahlı Qüvvələrində həkim kimi xidmət edirəm”.

Qeyd edək ki, Ukrayna uğrunda döyüş şəraitində həyatını itirən həmyerlilərimizin sayı 30-a yaxındır.

“AzPolitika.info”







635x100

Şərhlər

ukraynalı! 2022-11-19 17:26:12

Allah rəhmət eləsin!

Son yazılar