Menu

Azərbaycan və İsrail müdafiə nazirləri arasında telefon danışığı olub

20.11.2022, 15:34
Azərbaycan və İsrail müdafiə nazirləri arasında telefon danışığı olub

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə İsrailin müdafiə naziri Benni Qantz arasında telefon danışığı olub.

Bu barədə “Report” İsrailin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.

Qeyd olunub ki, tərəflər iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

İsrailli nazir rəsmi Bakının Təl-Əvivdə səfirlik açmaq qərarına görə general-polkovnik Z.Həsənov təşəkkür edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol