"AZƏRBAYCAN XALQI GÖZÜMÜZÜN NURUDUR..." - İranın Ali Rəhbərinin müşaviri

"İranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir ölkəyə, o cümlədən də qonşularına hücum etmək fikri yoxdur, xüsusən də eyni irqdən, dildən, dindən, adət-ənənədən, tarixdən olan insanlar, yəni Azərbaycan xalqı gözümüzün işığıdır".

"Report" xəbər verir ki, bu fikirlər İran İslam Respublikasının Ali Rəhbərininin müşaviri Qafqazdakı hadisələr, İran və Azərbaycan əlaqələri ilə bağlı qeydlərində yer alıb.

Müşavir bildirib ki, son həftələrdə bəziləri məlumatsızlıqdan, bəziləri isə qərəzli şəkildə İranın Azərbaycan Respublikası ilə döyüşmək istədiyi barədə şayiələr yayırlar. Bu, İrana qarşı namərdcəsinə atılan böhtandır.

İranlı rəsmi qeyd edib ki, ölkəsi bu gün də region xalqlarının xoşbəxtliyindən başqa bir şey istəmir və regionda heç bir ölkənin ərazisində gözü yoxdur. Azərbaycan əgər hər hansı ölkənin hücumuna məruz qalarsa, İranı dəstək üçün öz yanında görəcəkdir.

"Arazın şimalındakı azərbaycanlılarla aramızda hər hansı səbəbdən ayrılıq olsa da, biz sərhədləri aradan qaldırıb, hər hansı yeri tutmağa çalışmırıq. Azərbaycan xalqı öz ölkəsini idarə edir və bu cür yersiz sözlər və ittihamlar əsassızdır, onlar (İran və Azərbaycanın düşmənləri) bilsinlər ki, bununla bağlı səyləri nəticəsiz qalacaq. İran bu gün elə bir qüdrətə malikdir ki, düşmənləri onunla hesablaşır, lakin qüdrətimiz dostlarımıza deyil, düşmənlərimizə, Azərbaycanın düşmənlərinə və qonşu dövlətlərin düşmənlərinə qarşıdır", - Ali Rəhbərin müşaviri əlavə edib.

635x100

Şərhlər

dadaşyev 2022-11-21 15:15:11

"Bir gör nə İbiş-İbiş salıb?" Məhv olmağınıza,içəridən dağılıb param-parça olmağınıza az qalıb,ay tiryaki fars rejimi.Hiss edirsiniz də artıq,elədirmi?Marta qədər,Novruz bayramına qədər o həşşaşi əmmamələrinizdən əsər-əlamət qalmayacaq İranda.Yoldaş dadaşyev bir öldüyü günü bilmir.Hansınız hansı deşiyə girəcəyinizi indidən müəyyənləşdirin,çünki ötən hər gün sizin əleyhinizədir.Ay Azərbaycan xalqı,bunların şirin dilinə inansanız Allahşükür kimi peşman olarsınız.Sonrakı peşmançılıq isə fayda verməz.

Elmira 2022-11-21 08:41:55

Ali Rəhbərinin müşaviri, avazın yaxşı gəlir, oxuduğun Quran olsa.

Camaat 2022-11-20 23:56:52

Yalançının dədəsinin goru.......

korrektor 2022-11-20 22:56:10

kamal xərrazinin dedikləri gopalogiyadır.

t.ədalət 2022-11-20 22:53:31

Tam yalan!Farsların gözünün nuru ermənilərdir.

ƏNHU 2022-11-20 22:00:00

Sus murdar. Get bu nağılları evinin içindəkilərə danış! Min il sizə dövlətçilik dərsi keçdik yenə də öyrənə bilmədiniz. Tarix sübut etdi ki, siz dövlət anlayışını qavrıya bilmirsiniz. Hakimiyyət kürsüsündə gülünc görünür, ancaq türkün zəkası altında var ola bilirsiniz. Bu şovinizm zad deyi. Görünən həqiqətdir.

Köhne 2022-11-20 21:36:39

IRAN HER ZAMAN ERMENIYLE AZERBAYCAN ARASINDA FERQ GÖRMEYIB.BU ÇOX PIS ADETDIR.HERDEN BU IRANI SILKELEMEK LAZIMDIR KI.AY MOLLA BIZ SENIN DIN QARDAŞINIQ.40 MILYON O TAYDA BIZEBENZER AZERBAYCANLILAR VAR.DŪZDŪ YATIBLAR.AMMA OYANA DABILERLER HAAA.ŞIR OYANSA HEÇ ZAD.

Senan 2022-11-20 20:34:47

Bəs gözūyūn nurunu niyə gūlləliyib öldūrūrsən.niyə uzun onilliklərdir bu nuru saymįrsan ey farsxana əməkdaşı?

Eli 2022-11-20 20:32:06

Gözünün içine kimi yalan danışır İranın Baş “siyasi ...”.İranı ne mecbur edir ki Azerbaycanın dğşmenş olan bir ölkenin kiçik bşr şeheri olan Qafanda konsullyq açasan ve ta Tebrizde ne qeder ermeni yaşayır ki orda da konsullyq açmaq niyyetin var.Nece olur otuz il mğqeddes mescidlerde donyz saxlayan ermeniye gülden ağır söz demirsen öz dikinde mektebler açursan,ancaw azerbaycanlılar bu hüquqdan mehrum edirsen.Yalan ve oğurluğun,fahişeliyin ömrü qırx gğndür meger bu “dahi siyasetçi” bunu bilmir.

Son yazılar