“QONŞUMUZUN XİSLƏTİNƏ BƏLƏDİK...” – Vilayətinin bərabərlik mesajı nəyə xidmət edirdi?

“Hər bir azərbaycanlı iranlıdır, hər bir iranlı azərbaycanlıdır. Bu, onların qeyri İran pasportlu olmasına və ya İrandan kənarda yaşamasına rağmən belədir. Mən də azərbaycanlıyam”.

İran-Azərbaycan münasibətlərində gərginliyin kuliminasiya həddində olduğu bir dönəmdə belə bir açıqlama ilə İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti çıxış edib.

O “Tasnim” xəbər agentliyinə müsahibəsində deyib ki, İran heç vaxt Azərbaycanı işğal etmək və ya nəzarəti ələ keçirmək niyyətində olmayıb. Vilayəti Azərbaycan xalqının İran tarixindəki əsas rolunu və ölkənin qorunmasında, İranın qüdrətinin və regional əhəmiyyətinin gücləndirilməsində mühüm addımlarını yüksək qiymətləndirib. Vilayəti həmçinin İslam Respublikasının Azərbaycana hücum və ya qonşu ölkədə hakimiyyəti ələ keçirməyi planlaşdırdığına dair ittihamları və şayiələri təkzib edib.

O, həmçinin iki ölkə arasında, o cümlədən mediada baş verən siyasi gərginliyə toxunaraq, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün iranlıların iranlı hesab edildiyini vurğulayıb. Vilayətinin sözlərinə görə, İran heç vaxt qonşularına paxıllıq etməyib, əksinə, həmişə onlara diqqət və hər kəslə müsbət münasibət saxlamaq istəyi ilə yanaşıb.

“Qürur hissi ilə demək istəyirəm ki, digər iranlılar kimi mən də özümü azərbaycanlı hesab edirəm. Mən Əlbərz dağlarının ətəyindən gəlirəm. Mən də digər iranlılar kimi İranın hər bir hissəsini ruhumun və qəlbimin bir guşəsi hesab edirəm və hətta onu qorumaq üçün canımı da verəcəm”, – deyə o bildirib.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Əli Əkbər Vilayətinin açıqlmasına münasibət bildirib. O, qeyd edib ki, Əli Əkbər Vilayətinin xalqlarımızın ortaq tarixi, dini, mədəni irsə və adət-ənənlərə malik olması və bütövlükdə Azərbaycan-İran əlaqələri barəsində səsləndirdiyi qeydlərini müsbət qiymətləndirir və təqdir edirik. 

“Təəssüflə qeyd etmək istərdik ki, son dövrlərdə İran İslam Respublikasının bəzi rəsmi şəxslərinin, parlament üzvlərinin və güc strukturlarının nümayəndələrinin bir sıra açıqlamaları iki ölkə arasında gərginliyin artmasına səbəb olub. Azərbaycan Respublikası bu gərginliyin yaranmasının təşəbbüskarı olmayıb. Xüsusilə onu bildirmək istərdim ki, Azərbaycan sərhədləri yaxınlığında İran silahlı qüvvələrinin iki hərbi təlim keçirməsi ölkələrimiz arasında etimadın güclənməsinə xidmət etməyib, əksinə bu etimada mənfi təsir göstərib. Azərbaycan Respublikası bütün dövrlərdə qarşılıqlı hörmət və etimad əsasında İran İslam Respublikası ilə əlaqələrin inkişafında maraqlı olub və bu gün də bu belədir”, - Hikmət Hacıyev vurğulayıb.

“Özünü mənşəcə azərbaycanlı adlandıran Vilayəti İranın heç zaman Azərbaycanı ələ keçirmək kimi planı olmadığını yazıb. Azərbaycan xalqının İran tarixində mühüm rolunu vurğulayan Vilayət Şah İsmayıl Xətainin qəhrəmanlıqlarını xatırladıb. “Hər bir iranlı azərbaycanlı, hər bir azərbaycanlı da iranlıdır” kimi ikibaşlı cümlə işlədən Vilayəti dini amilin birləşdirici rol oynadığını vurğulayıb”.

Bunu isə politoloq Elxan Şahinoğlu Vilayətinin açıqlamasını şərh edərkən deyib. Onun sözlərinə görə, Vilayəti bununla demək istəyib ki, İranda yaşayan əsas etnik qrupları din və məzhəb birləşdirir: “Halbuki, İranda fərqli dinlərə və məhzəblərə bağlı etnik qruplar da var, sadəcə Vilayətinin hazırki məqaləsi azərbaycanlıların könlünü almaq məqsədi daşıdığından şiəlik ön plana salınıb. Vilayətinin xidmətində olduğu rejim üçün nə din, nə də məzhəb əsasdır, əks halda Azərbaycan torpaqlarının işğalına uzun onilliklər dözümsüz yanaşar, məscidlərin dağıdılmasına görə Ermənistanı güncə sıxışdırardılar. Bunların heç biri olmadı. Vilayəti keçmiş illərdə nə azərbaycanlı olduğunu deyər, nə azərbaycanlıların, o cümlədən Şah İsmayıl Xətainin rolundan ağız dolusu danışardı, sadəcə quyruqları qapı arxasında qaldığından belə bir məqaləyə ehtiyac duyublar. Belə məqalələrlə bizi aldatmaq mümkün deyil, qonşumuzun xislətinə bələdik”.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

turan 2022-11-21 23:50:07

Hörmətli redaksiya, Azərbaycan Respublikası Xarici İşlər NAzirliyində İranın 5-ci koloniyası mövcuddur, bura əsasən,,,,,, Azpolitika saytı həqiqətən millyətiçi-türkçürdsə, yazılanları dırc edib xalqımıza həqiqi düşmənlərini tanımağa kömək etməlisiniz. Sesurasız-filansız dərc etməyinizi gözləyirəm. Əks təqdirdə, türkçülükdən dəm vurmayın! Əvvəlcədən təşəkkürlər!

Eli 2022-11-21 20:44:27

Bu hemin Vilayetidir ki,Şuşanın işğal olunmasında rehberleri ile birlikde xaçiklerin-faşist ermenilerin yanında olublar ve bu meselede canı dilden iltirak edibler.İşğal olunmuş Azerbaycan torpaqlarında yaşayış evlerinin ve diger obyektlerin qapı pencerelerinin tavanlarının sökülğb daşınmadında bunların rehberliyi ile İran şirketleri makdimium ermenilere kömeklik edibler.Hele birlikde narkomafiyanın inkişafındakı xidmetlerini demirem.İndi bu riyakar azerbaycsnlı olub.

vilayətiyə cavab 2022-11-21 16:53:59

YAŞASIN GÜNEY AZƏRBAYCAN TÜRK CÜMHURİYYƏTİ!

ƏNHU 2022-11-21 15:51:49

Hikmət Hacıyevin cavabında hələ də səmimi notlar bərq vurur. Cənubun öz ilhamını Şimaldan aldığı bir zamanda dilin üstünə qənd qoyub danışmaq İrandakı söydaşlarımızın əlimi soyuda bilər.Heç kim siyasətə öz xarakterindən gələn keyfiyyətləri qatmasın.Biz birmənalı şəkildə cənubdakı qardaşlarımızın fars rejimindən xilas olmasını istəyirik və bunu açıq şəkildə bəyan edirik. İrana inanmırıq və bundan sonra da inanmayacağıq.

dadaşyev 2022-11-21 15:00:10

"Azəri" sözü Xəzəri anlamındadır.Böyük Hazar-Xəzər xaqanlığından xatirədir bu söz.Amma milli kimliyimiz eramızdan əvvəlki minilliklərin dərinliklərindən gəlir.İran deyə bir dövlət olmayıb tarixdə 1925-ci ilə qədər.İndiki İran ərazisində hansı imperiyalar qurulubsa türk dədələrimiz qurublar,yüz illər keçəndən sonra həmin imperiyalara xəyanətlə farslar sahibləniblər,amma sahiblənincə də dağılıb o imperiyalar.O imperiyaların heç birisində İran deyə bir kəlmə tapılmaz.Niyə?Çünki "İran" kəlməsi təhrif kəlmədir,sözün əsli "Ərən"dir.Bu da Ər məskəni deməkdir və türk kəlməsidir.”Ari” sözü həmin bu “ər” sözündəndir,ay camaat.Bilin və agah olun.Ari irq,yəni ər irqi,yəni türklər.O ki qaldı Vilayətinin "yumşaq xaloğlu" kimi yumşalmasına, quyruğunun qapı arasında sıxışmağa başlaması səbəbinnəndi vallah.İtin quyruğu qapı arasında sıxılanda dəli olar,çarəsizcə zingildəyər.Azərbaycan şirin bal pətəyi kimidir,heyvan kimi yaxınlaşıb çöp soxarsansa o pətəyə, gününü görərsən,sən öl ağına-bozuna baxmaz,Göteni dağıdar Cüneyli-Quzeyli azərilər.

Şahin 2022-11-21 14:13:34

Biz sentimental bir xalq olaraq bəzə belə fikirlərə aldanırıq.Diqqət edin Vilayəti bizim soyumuzdan danışmır,iranlı və azərbaycanlını eyniləşdirir,Onların əsas strateyi niyyəti də bundan ibarətdir.Ayıq olmaq lazımdır.

Son yazılar