Menu

Paşinyan KTMT sammitinin bəyannaməsini imzalamaqdan imtina edib

23.11.2022, 22:54
Paşinyan KTMT sammitinin bəyannaməsini imzalamaqdan imtina edib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina edib.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin saytında bildirilib.

“KTMT KTŞ-nin Bəyannaməsi və Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında” layihəsi yetərincə işlənməyib və bu formada, bütün hörmətimlə, mən bu sənədləri imzalamağa hazır deyiləm”, - Ermənistanın Baş naziri Nikol Paşinyan qeyd edib.

Şərhlər

Tahir 2022-11-23 23:47:07

1) Paşik KıTıMıTı- dan çıxmaq üçün bəhanə axtarır. Amma buna qədər ondan mümkün olanını almaq istəyir. Lakin ala bilir.
2) KTMT üzvləri (Rusiya) Ermənistanın çıxmasını istəmir, zəhlələri tökülüb, ona görə erməninin istədiyinin ən minumumunu verməyə çalışırlar.
KTMT son günlərini yaşayır. Ən azı bu tərkibdə

Roma 2022-11-23 23:45:18

nikolun əlinə kağızı veriblər və o da hıqqana-hıqqana kağızın üzündən belə oxumaqda əziyyət çəksədə özlərinə sərf eləyən məcraya məsələni yönləndirirlər...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol