Rusiya XİN Xovayevin Azərbaycana səfərinin məqsədini açıqlayıb

Sülh müqaviləsi mövzusu və Azərbaycan-Ermənistan nizamlanmasına dair digər məsələlər olduqca mürəkkəb və həssas xarakterlidir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqində bildirib.

Rusiya XİN rəsmisi konkret razılıq əldə olunana qədər tərəflərin mövqelərini şərh etməyi məqsədəuyğun hesab etmədiklərini diqqətə çatdırıb.

“Bu haqda dəfələrlə demişik”, - Zaxarova əlavə edib.

Zaxarova Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin noyabrın 14-də İrəvanda səfərdə olduğunu xatırladıb.

“Hazırda Xovayev Bakıda səfərdədir. Xovayevin Bakıdakı təmasları zamanı sülh müqaviləsi problematikası da müzakirə olunur”, - Zaxarova qeyd edib.

Xatırladaq ki, noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

635x100

Şərhlər

ƏNHU 2022-11-24 20:38:44

Mariya yenə köhnə havanı çalmağa başlayıb.Sülh məsələsi olduqca həssas və mürəkkəb məsələdir və bununla da əl yeri eləyir. Demək istəyir ki bu mürəkkəb və həssas iş olduğundan tezliklə həll oluna bilməz. Hər iki tərəfi raqzı salmaq üçün uzun zaman yəni yenə 30 il lazımdır. BU araqsifət vaxtilə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə dodaq-dodağa verib deyirdi ki, Qarabağ məsələsi heç vəchlə hərbi yolla həll edilə bilməz. Bəs nə oldu az, araqsifət? Bizim üçün heç nə mürəkkəb və həssas deyil. Hər bşey su içmək qədər asan və adidir. SÖKƏ-SÖKƏ ALACAĞIQ.

Son yazılar