“Mən yox, Aslan İsmayılov məhkəməyə gəlməyib” – "Onun Ramiz Mehdiyevə yazdığı məktubun üzərində işləyirik...”

“Hələlik son rəsmi adı “Aslan İsmayılov” olan biri öz tayı olan birisinə açıqlama verib ki, jurnalist Aygün Muradxanlını məhkəməyə məcburi qaydada gətirəcəyik. Məgər, məhkəməyə çağırılıb getməmişəm ki, məcburi gətirilmədən söhbət getsin?!”

“AzPolitika.info” xəbər verir ki, bunu tanınmış jurnalist, “Prime TV” Youtube kanalarının rəhbəri Aygün Muradxanlı bildirib.

Jurnalist “Feysbuk” səhifəsində yazıb ki, əslində A.İsmayılov məhkəməyə gəlməyib. 

“3 dəfə hazırlıq iclası olub, 1 dəfə də gəlməyib. Biz isə bir dəfə Şahin Nəcəf, bir dəfə isə vəkilimlə prosesdə olmuşuq. Bu arada 2 vəkilim var. İkisi də adlı-sanlı, işininin peşəkarı, ən əsası da “Aslan İsmayılov”un hansı yuvanın quşu olduğunu bilən şəxslərdir”,- o qeyd edib.

A.Muradxanlı daha sonra vurğulayıb ki, hazırda Aslan İsmayılovun Ramiz Mehdiyevə yazdığı “sən müxalifətin başına keç, mən sənə dəstək verəcəm” “rədifli” açıq məktubu üzərində işləyirlər. 

“Bunu indi yox, Ramiz Mehdiyev vəzifədə olanda yazıb. “Müxalifətə keç” nə deməkdir? Kimə qarşı müxalifətə keçməkdən söhbət gedir? Prezident İlham Əliyevə? Saray çevrilişi hazırlayırmış bunlar?”, - jurnalist əlavə edib.

“AzPolitika.info” 

635x100

Şərhlər

Roma 2022-11-25 19:47:03

Əgər bu deyilənlər düzdürsə, onda Aslan İsmayılovu mən ... adam hesab etdim...

Senan 2022-11-25 17:03:41

Bu aslan yox..... ismayılovmuş ki....

Son yazılar