Menu

İsmayıllıda at və uzunqulaq cəsədlərinin qalıqları tapılıb

27.11.2022, 17:33
İsmayıllıda at və uzunqulaq cəsədlərinin qalıqları tapılıb

İsmayıllı rayonunun “Tingçilik” adlanan ərazisində at və uzunqulaq cəsədlərinin qalıqları tapılıb. ”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, bir müddət öncə də meşə massivində xeyli sayda at və uzunqulaq cəsədi aşkar edilib.

Heyvan qalıqlarının ora necə atılması hələ də məlum deyil.

İddia edilir ki, həmin heyvanların ətləri rayonda mal əti adı ilə insanlara satılıb. Yerli sakinlər belə hala rast gəlmədiklərini deyirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov "Report"a bildirib ki, İsmayıllı Rayon Polis Şöbəsinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlarının rayon ərazisində qanunsuz ət kəsiminə qarşı birgə keçirdikləri tədbirlər nəticəsində son aylarda üç fakt aşkarlanıb:

“Həmin əməli törədən şəxslər məsuliyyətə cəlb olunublar, hazırda polis şöbəsinin təhqiqat və istintaq bölməsində müvafiq araşdırmalar davam etdirilir”.

Hazırda rayonda yararsız ət satılması ilə bağlı iddialar isə keçirilən monitorinqlər zamanı öz təsdiqini tapmayıb. AQTA-nın şöbə müdiri Mansur Piriyev qeyd edib ki, məsələ nəzarətə götürülüb və müvafiq dövlət qurumları ilə birgə araşdırmalara başlanılıb

Şərhlər

dadaşyev 2022-11-28 00:36:56

Atları,eşşəkləri,itləri,çaqqalları kəsib ötürürlər kolbasa-sosiska sexlərinə və dönərxanalara.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol