NAXÇIVAN MR-in MALİYYƏ NAZİRİ HƏBS OLUNDU - 144 milyon dövlət vəsaitini mənimsəyib (Yenilənib)

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rafael Əliyevin həbsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Məlumata görə, R.Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Gömrük Komitəsində həyata keçirdiyi əməliyyatların və Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) ilə başlanmış işin gedişi üzrə həbs edilib.

Belə ki, bir neçə gün əvvəl DTX Naxçıvan MR Gömrük Komitəsində əməliyyat tədbirləri keçirib, müxtəlif rəhbər vəzifəli şəxslər məsuliyyətə cəlb edilərək həbs ediliblər.

Aparılan cinayət işi üzrə Naxçıvan MR Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu da həbs edilib. Həmin vəzifəni isə 2020-ci ilin avqust ayınadək Rafael Rza oğlu Əliyev tutub.

Xatırladaq ki, Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun 19 avqust 2020-ci il sərəncamı ilə Rafael Əliyev Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri təyin edilib. Bundan sonra Mənsur Əsgərov Naxçıvan MR Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsinə gətirilib.

***

Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində müstəntiqin vəsatətinə baxıb.

Hakim Ülviyyə Şükürovanın 26.11.2022-ci il tarixli qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Xatırladaq ki, "AzPolitika.info"-nun  bir neçə gün öncə verdiyi məlumatlara əsasən Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində əməliyyat tədbirləri keçirmiş, Komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək həbs edilib. 

Məliumatda bildirilirdi ki, Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli və Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Rafael Əliyev saxlanılaraq Bakıya gətirilib. Onlarla bağlı həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir. 

NMR Maliyyə nazirinin həbsinin təfərrüatları, davam edən cinayət işinin nəticələri diqqətdə saxlanılır.

"AzPolitika.info"



635x100

Şərhlər

tt 2022-11-29 06:48:10

144 milyooooon ? Bizim qonshuya , 80 illerde. 1200 manata qôre, qûlleleme vermishfiler ! 15 il yatdi cixdi ,,,,,bildizdeee

Dilavər 2022-11-28 14:01:07

Bu nrcə nazir olub?

Musa 2022-11-28 12:26:30

Her kes bilir ki hansisa bir memur oz basina bu qeder yeyinti ede bilmez.her sey Vasif Talibov ve oglu Seymurun nezaretinde olunub. 100 milyon sadece yeyintinin 5 faizi iolar biler.Milyardlarla pul menimsenib indiye kimi

Moshu 2022-11-28 11:49:53

Bəlkə də bir az qeyri etik səslənəcək, necə deyərlər dərə xəlvət tülkü bəy. Özünüz də görürsünüz bunlar dövlətin qanına necə susayıblar. Elə bil ki, bu vəsait onlara dədələrindən, babalarından miras qalıb. Əgər yerdə qalan nazirliklərdə də yoxlamalar aparılsa toy bayram bundan sonra başlayacaq. Bunlara məsuliyyət daşıyan vəzifəli şəxs bu biyabırçılığı görmürdümü?

Roma 2022-11-28 09:15:58

Görəsən bizim vəzifəlilər Dövlətə Dövlətçiliyə niyə bu qədər xainlik edirlər. Mənə elə gəlir ki, təmiz vicdanla Dövlətə xidmət edən məmurları barmaqla göstərmək olar. Demək olar ki, hamılıqla daraşmışıq Dövlət Büdcəsinin talanına...

Son yazılar