Menu

İran prezidenti Azərbaycana səfərinin nəticələrini məhsuldar sayır

13.11.2014, 17:42
İran prezidenti Azərbaycana səfərinin nəticələrini məhsuldar sayır

İran pezidenti Həsən Ruhani iki ölkə və onun xalqlarının mənafeyinin təmin edilməsi istiqamətində Azərbaycana etdiyi səfərin müsbət və məhsuldar olduğunu bəyan edib.

SalamNews-un "Mehr" agentliyinə istinadla verdiyi xəbərə görə, Azərbaycana səfər etdikdən sonra ölkəsinə qayıdan İranın dövlət başçısı bu barədə Tehranın Mehrabad hava limanında bildirib.

“Ötən ildən indiyədək Azərbaycan prezidenti ilə dörd dəfə görüşüb müzakirələr aparmışıq. Bu görüşlərdə iki ölkə əlaqələrini addım-addım bir-birinə yaxınlaşdırmışıq. Budəfəki səfər çərçivəsində müxtəlif sahələrdə altı əməkdaşlıq sənədi imzalanıb, xüsusilə iqtisadi, bank, vergi, gömrük və sərhəd, enerji, ekologiya, dəmiryolu, cənub-şimal dəhlizi məsələləri barədə geniş müzakirələr apararaq müsbət anlaşmalara nail olunub.", - H.Ruhani belə deyib.

O, Azərbaycana səfərini ümumilikdə məhsuldar hesab edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol