DTX NAXÇIVANDA DAHA BİR ƏMƏLİYYAT KEÇİRDİ - Rəhbər şəxslər sorğuya çəkildi + FOTO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində əməliyyat keçirib.

Bu barədə əslən Naxçıvandan olan jurnalist Heydər Oğuz bildirib.

Onun sözlərinə görə, komitənin bir neçə rəhbər şəxsi sorğuya çəkilib. İddialara görə, komitənin fəaliyyətində ciddi yeyintilər və saxtakarlıqlar aşkarlanıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Bəxtiyar İsmayılovdur.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində əməliyyat tədbirləri keçirib. Komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək həbs edilib. Naxçıvan Muxtar Respublikası maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

“AzPolitika.info” 

635x100

Şərhlər

Dövlətimizi sevən 2022-12-04 11:57:10

DTX sizləri Allah qorusun ! Xahiş edirik yolunuzu Şəkiyə də salın ?

Son yazılar