Menu

Deputat “Azərsu” ASC-nin ünvanına ittihamlar səsləndirib

29.11.2022, 11:38
Deputat “Azərsu” ASC-nin ünvanına ittihamlar səsləndirib

“Azərsu” ASC-nin sifarişi ilə 2012-ci ildə Şəki şəhərinin su-kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılsa da, işlərin yalnız 66%-i icra olunub.

“Report” xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Vüqar İsgəndərov deyib.

“On ildir davam edən bu layihə çərçivəsində Şəkidə 347 km uzunluğunda su şəbəkəsi və 266 km uzunluğunda kanalizasiya şəbəkəsi qurulmalı idi. Şəhərin bütün yolları və küçələri qazıldığından yarğanlar əmələ gəlib, keçilməz vəziyyətə düşüb.

Hazırda Şəkidə ümumi uzunluğu 40 km olan yolun, şəhərin giriş-çıxışındakı 4 prospektin təcili təmirinə ehtiyac var. Bunu da yerli büdcə ilə etmək mümkün deyil, ona görə də məsələnin dövlət investisiya layihəsinə salınması üçün əhali adından xahiş edirəm və hökumətə müraciət edəcəyəm. Araşdırmalarımıza görə, Şəkidən daha kiçik rayonlara yolların bərpası ilə bağlı 1-2 dəfə çox pul ayrılıb. Əlimizdə rəqəmlər də var”, - o qeyd edib.

Şərhlər

dadaşyev 2022-11-29 23:43:22

Əgər şəhərin bütün yolları,küçələri qazıldığından yarğanlar əmələ gəlibsə bu onunla izah oluna bilməz ki guya pul az ayrılıb.Çünki cəmiyyətimizdəki bu qaphaqapda-çaphaçapda heç mümkün deyil ki,işi başlayan təşkilat pulun az olduğunu bildiyi halda işə başlasın.Demək pul lazımi qədər ayrılıb,sadəcə insafsızca yeyib dağıdıblar,indi də rahatca oturub üstündən su içirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol