Menu

Rüblük verilən 200 manat maddi yardım aylara bölünərək pensiyaya əlavə olunacaq

29.11.2022, 12:43
Rüblük verilən 200 manat maddi yardım aylara bölünərək pensiyaya əlavə olunacaq

Sığorta prinsipi ilə pensiya alan şəxslərə verilən 200 manat maddi yardım gələn ildən bərabər hissələrə bölünməklə pensiyaların tərkibinə daxil ediləcək.

APA xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov "Sosial saat"da deyib.

O bildirib ki, artıq bu tapşırığa uyğun olaraq DSMF tərəfindən müvafiq layihə hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib:

"Layihədə qeyd edilib ki, 200 manat maddi yardım aylara bölünərək pensiyanın məbləğində nəzərə alınsın və növbəti ildən də indeksləşdirilməsi aparılsın. Qanunvericiliyə ediləcək dəyişiklikdən sonra həmin məbləğ aylar üzrə 16 manat 67 qəpik olmaqla pensiyalara əlavə ediləcək".

Şərhlər

Pensiyaçı 2022-11-29 15:40:30

Bu 200 manat rüblük verilir,yoxsa illik? Buna aydınlq gətirilməlidir.Çünki belə halda əlavə 16 manat67 qəpik yox,66 banat 66 qəpik olur.Şərhon başlığında rüblük 200 manat göstərilib.

t.ədalət 2022-11-29 13:02:10

Hökumət artım bunamı deyirmiş?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol