Kremlin ən qızğın təbliğatçısı sayılan Vladimir Solovyov Rusiya ordusundakı fərarilik hallarının çoxalmasından isterikaya düşüb.
“AzPolitika.info” xəbər verir ki, Solovyov son efirində Rusiyada hərbi səhra məhkəmələrinin yaradılmasını və ölüm hökmünün bərpasını tələb edib.
Özü Moskvadakı lyuks mənzilində və isti studiyada oturan Solovyov soyuq Ukrayna çöllərində nə uğrunda döyüşdüklərini belə düz-əməlli anlamayan rus əsgərinin, zabitinin qorxaqlığa, fərariliyə görə güllələnməsini tələb edərək, deyib: “Xüsusi bölmələr, hərbi polis əlində silah döyüş mövqelərini tərk edənləri yaxalamalıdır. Orduda dəmir nizam-intizam yaradılmalıdır. Əgər zabit ona həvalə olunan bölüyü tərk edirsə, yerindəcə güllələyin!”
Solovyov deyib ki, Rusiya NATO ilə döyüşəcəyini qabaqcadan bilməyib, bunu hesablamayıb. Buna baxmayaraq, heç kimin əlində silah ola-ola döyüş meydanını tərk etməyə ixtiyarının olmadığını bildirən Kreml təbliğatçısı belələrinin ya güllələnməli, ya da günahını qanı ilə yuması üçün ön cəbhəyə, ən qızğın nöqtələrə atılmalı olduğunu deyib. İsterik şəkildə, söyüşlə, təhqirlə danışan Solovyov əsgərlərdən, zabitlərdən sona qədər döyüşməyi tələb edib.
Qeyd edək ki, son zamanlar mətbuatda və sosial şəbəkələrdə rusiyalı hərbçilərin Ukraynada döyüş meydanında sahibsiz qalan saysız-hesab meyitlərini əks etdirən çoxlu videolar yayılmaqdadır. Ukrayna Prezident Ofisinin müşaviri Aleksey Arestoviç bir neçə gün əvvəl döyüş meydanında azı 2000 rus əsgərinin meyitinin olduğunu, rus ordusunun onlara sahib çıxmadığını demişdi.
Eləcə də yeni səfərbər olunan və qısa müddət sonra hazırlıqsız şəkildə Ukraynaya, ön cəbhəyə atılan, orada isə komandanlığın taleyin ümidinə buraxdığı, sahibsiz qalan və nə etməli olduqlarını biulməyən rusiyalıların şikayət videoları, müraciətləri xeyli çoxalıb. Bütün bunlar təbii ki, onsuz da hər hansı motivasiyası olmayan rus ordusunda fərarilik hallarının kütləvi şəkil almasınagətirib çıxarıb.
Solovyovun isterik şəkildə fərarilərin güllələnməsini tələb etməsi də bu halların bütövlükdə rus ordusu üçün fəlakət səviyyəsinə çatmaq üzrə olduğundan xəbər verir. Onun hərbi səhra məhkəmələrinin və ölüm hökmünün bərpası “ideyası” isə Kremlin artıq belə bir fikrinin olmasının göstəricisidir...
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Birinci elə güllələnəsi özüdür, bu raşistdir.,İllərlə rus xalqının beyniini zəhərləyiblər..
Rusun döyüşə bilməməyini NATO-yla filanla əlaqələndirib biabırçılığa təsəlli axtarmaq mənasızdır.İndi görürsünüzmü hər liderdən Stalin olmaz.Sovet ordusuna Amerika və İngiltərə olmazın silahlar vermədimi 41-45-də?Yumurta poroşokuna qədər yeyəcək-içəcək də verdi lend-lizlə.Buna baxmayaraq,həmişə dediniz və bu gün də deyirsiniz ki, "Biz ruslar qalib gəldik Hitlerə".Sovetlər də yox,ruslar qalib gəldi guya.Elə isə buyurun,qalib gəlin Ukraynaya.Hələ 44-də ikinci ordu da açdı Amerikayıla İngiltərə Almaniyaya.Hitler buna görə yenildi.Əgər hər hansı orduya xarici ölkələrin yardımları nəzərə alınmalı deyilsə onda demək bu gün Ukraynalılar ruslara qalib gəlir.Siz 41-45-də necə,Ukraynalılar da eləcə.Tullanıb düşmək lazım deyil.Vuruşammırsınız vəssalam.
Bu salaveyçikin özün basasan qabağa, onda görərsən necə də tülküyə döndü, oturub isti yerdə hürür dəyyus...
Güllələsinin 1-cisi elə bu salaveyçikin özüdür, müharibəyə səsləməyə, insan qırğınına çağırışa və s. və i... görə...