Menu

İrəvanda sürücü maşını Paşinyanın qardaşının üzərinə sürüb

29.11.2022, 16:25
İrəvanda sürücü maşını Paşinyanın qardaşının üzərinə sürüb

İrəvanda sürücü maşını Baş nazir Nikol Paşinyanın qardaşı Armen Paşinyanın üzərinə sürüb.

APA Armlur.am-a istinadən xəbər verir ki, hadisə İrəvanın Malatiya-Sebastiya rayonunda baş verib.

Sürücü hadisə yerindən qaçmağa cəhd etməyib.

Baş nazirin qardaşı sınıq xəsarətləri alıb və tibb mərkəzinə yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol