“Bəzən sərxoş vəziyyətdə moped sürənlər də olur”.
“Report”un məlumatına görə, bunu Milli Məclisin deputatı Nigar Arpadarai parlamentin plenar iclasındakı çıxışında bildirib.
O qeyd edib ki, bu gün ölkədə mopedlərdən daha çox gənclər kuryer kimi istifadə edir, pul qazanırlar: “Onların işləmə imkanlarını dəstəkləyirik. Amma bəzən sərxoş vəziyyətdə moped sürənlər də olur. Çox zaman qəza baş verir və törədəni tapmaq mümkün olmur. Ona görə də onların qeydiyyatı önəmlidir. Təklif edərdim ki, velosipedin nəqliyyat vasitəsi kimi təşviq edilsin. Bu sahədə kifayət qədər iş görmürük. Mərkəz hissədə velosiped yolları çəkilir, amma istifadə olunmur. Çünki bu iş təzə başlanılıb. Təbii ki, şəhərdən kənarda heç bir infrastruktur yaradılmayıb. Bu şəbəkə yoxdur. Əslində velosipeddən nəqliyyat vasitəsi kimi istifadə edilsəydi mopeddən istifadə edənlərin bir qismi velosipedə keçərdi və qəzaların sayı da az olardı”.


Şərhlər
Nigar xanımın təklifi maraq doğurur. Fikrimcə, velosipedlərə dövlət qeydiyyat nişanı verilməsinə ehtiyac yoxdur, olsa bütün Avropa bizə gülər. Kvadrosikl deyilən nəqliyyat vasitəsi var. Nigar xanım qanunvericilik hüququnun subyekti kimi bu nəqliyyat vasitəsinə dövlət qeydiyyat nişanının verilməsi məsələsini Milli Məclisin iclasında qaldırıb "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununa dəyişiklik təklif edərdi
Xanım,deyirsiniz,yəni hökumətimiz velosiped sürənlərə də sürücülük vəsiqəsi satsın?
Ay xanım,mopeddən nəqliyyat vasitəsi kimi istifadə edildi,ona nömrə qoyuldu o saat.İndi velosipeddən də nəqliyyat vasitəsi kimi istifadə edilsə ona da nömrə qoyulacaq axı.