Menu

Türkiyə Rusiyanın Suriya planı ilə razılaşmadı – “Diqqəti terrorçu qruplaşmaları dağıtmağa yönəltmişik”

30.11.2022, 14:42
Türkiyə Rusiyanın Suriya planı ilə razılaşmadı – “Diqqəti terrorçu qruplaşmaları dağıtmağa yönəltmişik”

Ankara Suriya hökumət qüvvələriunin hazırda PKK/PYD terror qruplaşmasının nəzarətində olan ərazilərdə yerləşdirilməsinə qarşıdır. Bu barədə artıq Moskva məlumatlandırılıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə çərşənbə axşamı Qətərin Əl-Cəzirə telekanalına Türkiyənin rəsmi mənbəsi məlumat verib.

Xatırladaq ki, iki gün əvvəl Rusiya rəsmiləri və kürd terrorçu qruplaşmaıarının başçıları arasında görüş keçirilib və Moskvanın planı, habelə Türkiyənin tələbləri onlara çatdırılıb.

“Biz Moskvaya Suriya hökumət qüvvələrinin terrorçuların nəzarət etdiyi bölgəyə gətirilməsi ilə razılaşmadığımız barədə məlumat verdik. Biz həmçinin Rusiya tərəfinin diqqətini terrorçu qruplaşmaları dağıtmaq və Rusiyanın təsir dairəsində olan Suriya ərazilərindən çıxarmaq zərurətinə yönəltmişik”, - telekanalın həmsöhbəti əlavə edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol