Menu

Əhalinin banklardakı əmanətləri 30%-ə yaxın artıb

30.11.2022, 15:33
Əhalinin banklardakı əmanətləri 30%-ə yaxın artıb

Azərbaycanda əhalinin banklardakı əmanətləri bu il noyabrın 1-nə 11 milyard 500 milyon manata çatıb.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, yanvar-sentyabr ayları ilə müqayisədə 2,4% çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə isə əhalinin banklardakı depozitləri 29,4% artıb.

Belə ki, 2021-ci ilin yanvar-oktyabr aylarında bu əmanətlərin həcmi 8 milyard 887.4 milyon manat təşkil etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol