Menu

ABŞ hərbi yolla İranın nüvə silahı əldə etməsinin qarşısını almağa hazırdır

30.11.2022, 21:19
ABŞ hərbi yolla İranın nüvə silahı əldə etməsinin qarşısını almağa hazırdır

ABŞ prezidenti Cozef Bayden İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məsələsinin hərbi yolla həll etməyə hazırdır.

“Report”un məlumatına görə, bunu “Foreign Policy” jurnalının təşkil etdiyi onlayn konfransda ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Cozef Bayden İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün zərurət yaranarsa, son çarə kimi hərbi varianta razılaşacağını bildirib.

Robert Malli əlavə edib ki, hazırda buna ehtiyac yoxdur.

Şərhlər

dadaşyev 2022-11-30 21:45:46

İran hədələnirsə,demək, ABŞ-da rezervuarlar yenə ucuz neftlə dolub,indi onu satmaq üçün neftin qiymətini yenə bahalaşdırmaq lazımdır.Odur ki yaxın günlərdə neft sürətlə bahalaşmağa başlayacaq.ABŞ-ın 40 illik qlobal oyunu.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol