VARDANYAN və GENERAL VOLKOV QARABAĞDA SƏRVƏTLƏRİMİZİ TALAYIRLAR - Şok məlumatlar + VİDEO

Qarabağda, rus sülhməramlılarının nəzarət etdiyi ərazilərdə erməni biznesmenlər və iş adamları qanunsuz sahibkarlıq fəaliyyəti həyata keçirməkdə davam edirlər. Üstəlik bütün bunlar rus hərbçilərinin gözü qarşısında, hətta onların birbaşa iştirakı ilə baş verir.

“Caliber.az” saytı bununla bağlı sensasion məlumatlar əldə edib.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 44 günlük müharibədən sonra imzaladığı Üçtərəfli Bəyanata əsasən, Rusiya sülhməramlılarının ölkəmizin Qarabağ bölgəsinin müəyyən hissəsinə yerləşdirilməsinə baxmayaraq, rəsmi Bakı orada da baş verən hadisələr haqqında müfəssəl məlumata malikdir.

Azərbaycan dəfələrlə ən yüksək səviyyədə bildirib ki, regionda müasir texniki vasitələrə, o cümlədən peyklərə malik olmaqla insanların və nəqliyyat vasitələrinin hərəkətini izləmək, hətta bu avtomobillərin nömrələrini görmək imkanına malikdirlər. Təbii ki, bizim bu ərazilərdə qanunsuz fəaliyyətləri qeydə almaq imkanımız var. Və bunlar əsassız iddialar deyil.

Hərbi dairələrə yaxın mənbələrdən “Caliber.az”a verilən informasiyaya görə, daxil olan videomüşahidə materiallarına əsasən, noyabrın 10-dan 14-dək saat 21:00-dan 23:00-a qədər olan vaxt intervalında 8 ədəd “Kamaz” markalı avtomobil 731 - AB - 61 ER erməni qeydiyyat nömrəli “Nissan Patrol” markalı avtomobilinin müşayiəti ilə hər gün Xankəndidən Ermənistana səfər həyata keçirib. Noyabrın 16-18-də isə səhər saatlarında eyni avtomobillərin Ermənistandan Xankəndiyə Laçın yolu ilə hərəkəti qeyd edilib. Maşınlar gecə vaxtı şəhəri tərk edblər.


Əməliyyat məlumatlarına görə, Azərbaycanın keçmiş Ağdərə (indiki Tərtər) rayonunun Gülyatağ kəndi yaxınlığında, rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında yerləşən qızıl mədənlərində hasil edilən xammal həmin “Kamaz” markalı yük maşınlarında xaricə çıxarılır.

Daşıma İsveçrədə yerləşən “Vallex Group” QSC-yə daxil olan və həm işğal illərində Kəlbəcər, Zəngilan, həm də hazırkı dövrdə, sülhməramlıların nəzarəti altında qalan Ağdərədə qiymətli metalların talanması ilə məşğul olan “Base Metals” şirkəti tərəfindən həyata keçirilir.

26fd3e45360fc4d4f4965423001be2b7 (1).jpeg (209 KB)

Bunu hələ 2016-cı ildə ölkəmizin Xarici İşlər Nazirliyi “Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlər” adlı hesabatında qeyd edib. Şirkətin Xankəndidə ofisi də var.

768ebcc4acb5e4ed5b355f84dce712a7.jpeg (195 KB)

“Vallex Group”un rəhbəri Ermənistan Respublikasının vətəndaşı, 1951-ci il təvəllüdlü, İrəvanda Bironi küçəsi 30, mənzil 3-də qeydiyyatda olan Valeri Mejlumyandır.

01aeb29c57d567a3578a520e58605038.jpeg (174 KB)

Valeri Mejlumyan

Maliyyə investoru isə İsveçrə vətəndaşı, 1956-cı il təvəllüdlü, Cenevrə kantonunun Koloniya bələdiyyəsində ünvanda qeydiyyatda olan Vartan Sirmakesdir.

c3427c00256741dedaeb5212a9de87d2.jpeg (216 KB)

Vartan Sirmakes

“Base metals”ın icraçı direktoru Artur Mkrtumyandır, o, Lori vilayətinin Alaverdi şəhərində, Baqramyan keçəsi 20, mənzil 8-də yaşayır.

b991c1c9ca96cd92c416fdab3d5cebfc.jpeg (126 KB)

Artur Mkrtumyan

Azərbaycanın təbii sərvətlərinin soyğunçuluq yolu ilə talan edilməsi, inanılmaz gəlirlər gətirməsi (2019-cu ildə “Base Metals” şirkəti separatçıların “büdcəsinə” 38 mln. dollar ödəməklə ən böyük “vergi ödəyicisi” adını alıbmış), özünü “dövlət naziri” elan edən Ruben Vardanyanın diqqətindən yayına bilməzdi.

Bəzi məlumatlara görə, o, artıq Gülyataq kəndi yaxınlığındakı mədənə nəzarəti bərpa edib və “Base Metals” sahiblərindən “xərac”ını alır.

Sülhməramlıların burnu altında fəaliyyət göstərən bu şirkət öz təhlükəsizliyindən də qorxmur. Çünki Qarabağdakı sülhməramlıların komandiri general Volkov onlardan qidalanır və çətin ki, rus general onun üçün “qızıl yumurtlayan bir quşun” başını qoparsın.

Azərbaycanın qızıl mədəninin istismarından əldə olunan gəlirlər Qarabağda mövcud vəziyyətin qorunub saxlanmasından faydalananların Moskva və İrəvandakı qara kassalarına axır. Ermənistandakı vəsaitin bir hissəsi rusiyayönlü, anti-Paşinyan müxalifətinin maliyyələşdirilməsinə, digər hissəsi isə Rusiya üçün sanksiya mallarının alınmasına yönəldilib.

Beləliklə Volkov-Vardanyan kriminal sindikatı bölgədə fəaliyyətini və vətənimizin təbii sərvətlərini talamaqda davam edir, Laçın yolu isə hərbi cinayətkarlar və talançılar üçün keçid meydançası kimi xidmət göstərir.

635x100

Şərhlər

dadaşyev 2022-12-01 19:16:36

Rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında yerləşən qızıl mədənlərində hasil edilən xammal “Kamaz” markalı yük maşınlarında xaricə çıxarılırmı?Niyə qoyuruq çıxarsınlar?Qarabağ bizim deyilmi?Çıxardıqları yerdə niyə öz postumuzu qoymamışıq ki,çıxarammasınlar?Postumuz yoxdursa əlbət ki çıxaracaqlar.Niyə təəccüblənirik ki?

Son yazılar