SEYMUR TALIBOVUN ƏTRAFINDAKI BASABAS... – Baş redaktor hansı həmkarlarını rüsvay etdi?

“İndi hamı bu şəkli paylaşır... Və ürək sözlərini yazır. Basabas düşüb...”

“AzPolitika.info” xəbər verir ki, bunu “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev Vasif Talıbovun oğlu Seymur Talıbovun fotosunu “Feysbuk” səhifəsinə yerləşdirərək yazıb.

Baş redaktor daha sonra Naxçıvana səfəri ilə bağlı xatirələrini bölüşüb: “Bu şəkildəki adamın içində olduğu bir xatirəmi yazım: 2017-ci il iyunun əvvəlində KİV rəhbərlərindən ibarət bir heyətdə Naxçıvana getmişdim. Naxçıvan Universitetində tələbələrlə görüşdən çıxanda birdən bu şəkildəki adam peyda oldu; maşınından düşüb universitetin giriş qapısına tərəf gəlirdi. Yanımdakından soruşdum: "Bu adam kimdir ki, hamı qabağına qaçır?" Dedi: "Seymur müəllimdi də. Vasif müəllimin oğlu. Burda prorektordur". Dedi və o da qaçdı pişvaza...

Sonra hamısı toparlandı, bu şəkildəki adamın böyründə basabasla şəkil çəkdirdilər. Mən də durmuşam kənardan baxıram, Vasif Talıbovun oğlunun yanında durmaqdan ötrü yekə-yekə kişilərin bir-biri ilə çiyinləşməsindən, dümsükləşməsindən ləzzət alıram. Bu şəkildəki adam da hərdən təəccüblə, ya da bəlkə qəzəblə mənə tərəf baxır. Heyətdəkilərdən biri utandı, yanıma gəldi. Sevindim ki, tək deyiləm. İndi o şəkildəkilər, görəsən, o şəkilləri nə edəcəklər?!”

“Mən həmin səfərdə tələbələrlə, əsgərlərlə, orta məktəb şagirdləri ilə, fabrikdəki fəhlələrlə, Batabatda bioloq alim Mürsəl kişi ilə çəkdirdiyim şəkillərdən ləzzət alacam. Bəs Seymur Talıbovla şəkil çəkdirənlər nə hisslər keçirirlər?!...”, - baş redaktor fikrini yekunlaşdırıb.

Xatırladaq ki, B.Həzinin yada saldığı səfər KİVDF-nin o zamankı rəhbəri Vüqar Səfərli tərəfindən təşkil olunmuşdu. Bakıdan gedən 20 nəfərlik heyəti Vasif Talıbov qəbul etməkdən imtina etmişdi...

“AzPolitika.info”

635x100

Şərhlər

Tural 2022-12-02 19:39:11

İndi də basabas düşüb. Bu dəfə məhz elə bunlar əvvəkinin əksi olaraq Talıbovları söymək uğrunda basabasdadlrlar.

Bəhruz 2022-12-02 12:16:15

Bəs görəsən bu redaktor həmin şəkli və məqaləni niyə bir ay öncə çap etdirmirdi. Bax, biz “bu”yuq.

Moshu 2022-12-01 21:51:49

Hərdən heyvanlar aləmində verilişinə baxıram və əmin oluram ki, insanlar çox şeyləri heyvanlardan əxz edirlər. Pələng öz balalarını mühafizə edib ovladığı heyvanları necə parçalamaq elmini öz balalarına öyrədir. Bu balaca balalar müəyyən yaşa çatdıqdan sonra valideyninin yolunu gedir. Evinə yalnız rüşvətlə gətirilən qida məhsulları heç vaxt nuş ola bilməz. Uşaq evdə hər şeyi hazır görür və özünü bu istiqamətə kökləyir. Evdə çətinlik görməyən uşaq böyüyəndə xalqın qədrini haradan bilsin, xalqın dərdi onun üçün anlaşılan deyil. Onun savadı da müəmmalıdır. İlham Əliyevin xarici siyasəti heç cürə mübahisə predmeti ola bilməz. Daxildəki “kadrlar” ölkəni yaman günə qoyublar. Bunların nəfəsləri də yalandır. Vasif Talıbovla bağlı bir insan kimi mənim hansısa iradım ola bilməz, lakin dövlətçilik deyilən bir anlayış var. Tam məsuliyyətlə deyə bilərəm ki, bu adamın dövlətçiliklə bağlı minimum da olsa anlayışı yoxdur. Dövlətçilik deyəndə bunlar ailə daxili münasibətləri başa düşürlər. Dövlətçilik bunlar üçün onların ailə maraqları, biznes maraqları, təminatları və s. və i.a. başa düşülür. Nə edim ki, bu adam kiminsə bacanağıdır. Sən bilmirsən sənin oğlun hansı savadın sahibidir? Biri Naxçıvan Dövlət Universitetini, digəri isə Respublikanın Miqrasiya Xidmətini özəlləşdirib. Vasif Talıbov hansı xidmətlərinə görə oğlunu Ali Məclisdə deputat seçdirir, bu azmış kimi Seymur bəy Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektorudur. O, eyni zamanda universitetdə dərs deyir, Beynəlxalq münasibətlər kafedrasının dosentidir Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının da sədridir. Adam bir əlində neçə qarpız saxlayar. Bunlar vəzifə azarına tutulublar, meşə təfəkkürü ilə yaşayanlardır. Oynamaq qalsın bir tərəfə, görəsən Seymur bəyin şahmat taxtasından xəbəri varmı,. Burada insanın sözü bitir. İsa Həbibbəyli də bu komandanın üzvlərindəndir. Ondan da soruşan lazımdır ki, ay İsa müəllim sənə nə gəlib oğlunun birini Gömrüyə rəis qoydurursan, o birisini isə əvvəlcə Prezident Administrasiyasına, sonradan isə Nazirlər Kabinetinə rəis vəzifəsinə qoydurursan. Bu yağlı vəzifələr təkcə Sizin üçünmü yaradılıb? Normal işləsələr, sözüm yoxdur, düzgün də işləmirlər, cinayətin subyektinə çevrilirlər. Söz yox bu günkü islahatlar ölkə başçısının xeyir-duası ilə həyata keçirilir. Dövlət Gömrük Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin demək olar rəhbər kadrları Nehrəmlilərdən ibarətdir. Amerika kəşf etmirəm, bunu ölkədə uşaqdan böyüyə hamı bilir. Mənim Naxçıvandan çoxlu dost-tanışım var. Vallah onların arasında elə savadlı, ağıllı,dövlətçilik məfkurəli insanlar var ki, onlar bu vəzifəyə layiqdirlər. Onlar öz hərəkətləri ilə elə üfunətli vəziyyət yaradıblar ki, adamın öz dövlətindən zəhləsi gedir. Ona görə bu xalq belə acınacaqlı vəziyyətdədir. Korrupsiya dedikdə təkcə rüşvət almaq nəzərdə tutulur. Bu cənablar birbaşa korrupsiyanın subyektləridirlər. İlham Əliyevin siyasətinə qarşı çıxan məmurların aqibətlərinə yaxın zamanlarda aydınlıq gətiriləcəkdir. Burada da Viktor Hüqonun ibrətamiz fikirləri yada düşür: “Rüşvətlə evinə paltar alan məmur evində .... çünki o pullarda bir çox kişinin əməyi vardır”.

dadaşyev 2022-12-01 19:06:10

Ət tapsam sabahdan mən də hər gün ət yeyəcəyəm ki bu boyda olum.Təpəgöz gündə 60-70 qoyun yeyirmiş.Bu nə qədər yeyib ki Təpəgöz boyda olub görəsən?Və ya mən gündə nə qədər qoyun yeməliyəm ki bu boyda olum?Naxçıvanda qoyun-quzu qalıb görəsən?27 il qabaq nə qədər qoyun-quzu vardısa sürünün illik artımını da əlavə edərək o saydan bu gün qalan qoyun-quzuları çıxmaqla bilmək olar gündə nə qədər qoyun yeyildiyi.

baba 2022-12-01 17:30:49

bu indiki rejimin tablosudur...indi və gələcəkdə du dövr2 xarakterizə etmək üçün bu şikli paylaşmaq gərək..

Roma 2022-12-01 16:19:55

Sağ olun Bahəddin müəllim, Kişi özündən yaşda böyüyə və birdə Dövlət başçısına hörmət əlaməti olaraq bir qədər təmkinli aparar, vəssalam...daha təzim, əyilmə, şəkilçəkmə basabası və s. nakişilik, yaltaqlıq və s. əlamətidir...

t.ədalət 2022-12-01 15:48:24

Vasif Talıbov sona kimi bir .... olaraq qaldı.O,əlbəttə ,Bakıdan gəlmiş türk jurnalistləri qarşılamazdı.Bundan sonra isə türk jurnalistləri qarşılamağın həsrətini çəkməyəcək.Çünki jurnalistlər özləri onu tapıb cinayətlərini qələmə alacaqlar.

Son yazılar