“PUTİN ETİRAZLARI YATIRMAQ ÜÇÜN HAZIRLIQLARA BAŞLAYIB...” - “İnqilab yuxarılardan başlayacaq”

“Simonyan Haaqa Məhkəməsindən qorxur...Putin müharibədən sonra bir neçə ay hakimiyyətdə qala biləcək”

“Putin vəziyyətin acınacaqlı olduğunu hələ də anlamayıb”.

“AzPolitika.info” xəbər verir ki, bunu hazırda tanınmış müxalifətçilərdən olan Rusiya Dumasının sabiq deputatı, sabiq FTX polkovniki Gennadi Qudkov bildirib.

Ukraynadakı müharibənin gedişi və Putin hakimiyyətinin taleyi barədə proqnoz verən Qudkov deyib ki, müharibə hələ ən azı yarım il davam edəcək. O, hesab edir ki, müharibə Putinin hərbi məğlubiyyəti, onun özünün və komandasının Haaqa məhkəməsi qarşısında cavab verməsilə nəticələnəcək.

Rusiyalı müxalifətçi Kremlin ən qatı və prinsipsiz təbliğatçılarından sayılan Marqarita Simonyanın son çıxışına(Marqarita Simonyan Vladimir Solovyovun son verilişində Rusiya Ukraynada uduzacağı təqdirdə onların hamısını Haaqa Tribunalı gözlədiyini deyib-C.M.) istinad edən Qudkov deyib ki, artıq Kremldəkilər və onların qulluğunda duran Simonyan kimilər hər şeyin Haaqa Məhkəməsinə doğru getdiyini anlamağa və qorxmağa başlayıblar: “Simonyan bunu anlamağa başlayıb, özü də təkcə o deyil, bir çox digərləri də. Məncə, təəssüf ki, müharibə yarım ildən çox davam edəcək, bu, minimumdur və Putinin hərbi məğlubiyyəti ilə yekunlaşacaq. Daha sonra sanksiyaların artan təsiri özünü göstərəcək və xalqda olduqca güclü narazılıqlar baş qaldıracaq. Bundan sonra isə Putin bir neçə ay, uzağı bir-iki il hakimiyyətdə qala biləcək”.

Qudkov Rusiya güc strukturlarındakı mənbələrə əsaslanaraq deyib ki, Kreml kütləvi etirazları yatırmaq üçün “Şirşen” adlı xüsusi dronların istehsalıyla bağlı göstəriş verib. Nəzərdə tutulur ki, bu dronlar xüsusi ultrasəslər yaymaqla mitinqlərə toplaşan kütləni qorxudaraq, dağıtmağa müvəffəq olacaq. Lakin Qudkov hesab edir ki, belə ssenarilər, planlar Putin hakimiyyətini xilas etməyəcək. Onun fikrincə, Rusiyada inqilab yuxarılardan başlayacaq və böyük ehtimalla hansısa formada çevrilişlə yekunlaşacaq.

C.Məmmədov

“AzPolitika.info”         

635x100

Şərhlər

t.ədalət 2022-12-03 00:26:03

Putin Rusiyanı istədiyi məcraya yönəldə bilməyəcək.İntellekt səviyyəsi yüksək olan ruslar Putinin rəhbərlik etdiyi həbsxanada yaşamaq istəmirlər.Dünya işğal etmək,dinc əhalini qətlə yetirmək kimi vəhşiliyə çoxdan etiraz edir.O cümlədən,sağlam düşüncəyə malik ruslar da putinçi olmaq fikrində deyillər.Hansı xalq istəyər ki,yaşadığı dövlətin rəhbəri Putin kimi cəllad olsun,analar uşaqlarını qorxutmaq üçün vəhşi heyvanların əvəzinə onun adını çəksin.

oxucu 2022-12-02 14:47:29

Bu meqalenin muellifi, cenab C.Məmmədov, Ukrayna xalqi oz olkesinin butun erazisini , putin ishqalchi ordusundan azad etmek uchun, boyuk vetenperverlikle, cebhede vurushur. .............putin herbi cinayetkardir, Ukrayna xalqina qarshi terror , vehshilikler toredir. BMT TŞ ( Tehlukesizlik Şurasindan ) TECILI QOVULMALIDIR ...........putin diktator , terrorist rejimi. BEYNALXALQ HAAQA HERBI TRIBUNAL PASSIV FEALIYYET GOSTERIR, VAXT UZADIR. NATO HERBI ALYANSI CESARETLI , AKTIV HERBI SILAHLAR YARDIMI ETMELIDIR UKRAYNA ORDUSUNA, UKRAYNA XALQININ QELEBESI , MEHV EDECEK TERRORIST putin rejimini.

Son yazılar