Menu

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri İrəvana səfər edəcək

01.12.2022, 16:10
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri İrəvana səfər edəcək

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker dekabrın 1-4-də İrəvana səfər edəcək.

“Report” “Novosti Armenia”ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyindən bildirilib.

Məlumata görə, F.Riker Ermənistanda dövlət rəsmiləri, vətəndaş cəmiyyətinin nümayəndələri və başqa şəxslərlə görüşərək ABŞ-ın Ermənistan-Azərbaycan danışıqlarını dəstəkləməsini müzakirə edəcək.

Qeyd edək ki, baş müşavir artıq Bakıda və Tbilisidə səfərdə olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol