Naxçıvanda bu qadağa da aradan qaldırıldı – Sürücülərə şad xəbər

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvan Muxtar Respublikasında (NMR) keçirdiyi anti-korrupsiya əməliyyatlarından sonra yerli hakimiyyətin qoyduğu qeyri-qanuni qadağalar bir-birinin ardınca aradan qaldırılır. 

"AzPolitika.info"-ya Muxtar Respublikadan verilən məlumata görə, bu gün MR-də daha bir qadağa ləğv edilib - istehsal tarixi 5 ildən köhnə avtomobillərin istismarına qoyulan məhdudiyyətə son verilib.

Qeyd edək ki, bu qadağa Naxçıvan əhalisində ciddi narazılıq yaratsa da, yerli rəhbərlik ictimai etirazlara məhəl qoymamışdı.

“AzPolitika.info”

635x100

Şərhlər

Moshu 2022-12-01 21:16:45

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin VI hissəsinin 2-ci bəndində nəqliyyat vasitəsinin istehsal olunduqları vaxtdan dörd il keçdikdə – iki ildə bir dəfə; istehsal olunduqları vaxtdan on il keçdikdə – ildə bir dəfə texniki baxışdan keçirilməsi nəzərdə tutulur. Bu qanunun tələbidir. Bu savadsız, səbatsız, mərifətdən kənar, məsuliyyət nə deməkdir qanmayan adamlar qanunun bu tələbinə tüpürürlər və öz qanunlarını bütün qanunlardan üstün tuturlar. Bu proses illərdir davam edir, ölkədə hamı bunu bilir, heç kimin də vecinə olmayıb və deyil. Əgər vaxtı ilə yavan çörəyə möhtac olan adam oğurluqla, doğurluqla varidat əldə edirsə, inanın səmimiyyətimə 30 il sonra onun qaloşunun, çarığının iyi onun bədənindən çıxmır. Ola bilər ki, zəngin adam müflis olub var-dövlətini itirir, 30 il onun zənginliyi olu tərk etmir. Bu təbiətin yazılmamış qanunlarıdır. Ölkədə bir biyabırçı prinsip var. Hamı bir birini müdafiə, mühafizə edir. Nazir nazirlə qohum olur, vəzifə sahibi vəzifə sahibi ilə.Tərcüməsini dəqiq bilmirəm, rus dilində buna “круговая порука” deyirlər. Oxşar məsələlərlə bağlı Sinqapurun sabiq Baş naziri Li Kuan Yu-nun iş təcrübəsi təqdirəlayiqdir. Bu böyük şəxsiyyət korrupsiyaya bulaşmış hər bir kəsi məsuliyyətə aldırırdı, günahı olan heç kimi bağışlamırdı. Onun üçün toxunulmaz adam yox idi. Bizdə isə kimsə kiminsə bacanağıdır, əmisi, dayısı oğludur. Bəsdir daha, sivil qaydada yaşamağa öyrənməliyik. Cinayət törədən şəxs cəzasını almalıdır. Bu bir aksiomadır. Ölkə başçısının bu məsələlərə nöqtə qoymasına əminəm.

azad 2022-12-01 16:46:20

Nəinki Naxçıvanda bütün Azərbaycanda insanlar insanlar elə sevinir ki sanki Qarabağ yenidən alınıb.....

Son yazılar