"Böyütməyə ehtiyac yoxdur"
“Naxçıvan həssas bölgədir. Həssas bölgə ilə bağlı erməninin öyrətdiyi adamlar fikir söyləyirlər”
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
“Ermənilərin və digərlərinin öyrətdikləri gəlib Naxçıvan haqqında danışır. Digər rayonlarda da əməliyyat işləri aparılır, tutulanlar olur. Böyütməyə ehtiyac yoxdur. Naxçıvanla bağlı siyasi oyunbazlığın qurulmasına ehtiyac yoxdur. Hüquq mühafizə orqanları digər rayonlarda da yoxlanışlar edir, Naxçıvanda da nazirliklər yoxlanıldı. Ölkədə korrupsiya harada varsa, orada yoxlanışlar olur. Naxçıvan dövlətin arxasındadır, şəhid olmağa hazırdır. Xaiş edirəm ki, bu mövzuya həssalıqla yanaşılsın”, - deyə deputat vurğulayıb.
Qeyd edək ki, son günlər DTX-nin Naxçıvanda keçirdiyi əməliyyat, aparılan araşdırmalar zamanı külli miqdarda mənimsəmə, yeyinti faktlarının üstünün açılması, həmçinin buna paralel olaraq Muxtar Respublikada bir sıra qurumların ləğvi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Belə ki, son bir ayda Naxçıvanın həm Dövlət Təhlükəsizliyi Xidməti (DTX), həm də Dövlət Gömrük Komitəsi ləğv edilərək müvafiq olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi və Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb. Bu prosesin hələ son olmadığı, yaxın günlərdə Naxçıvandakı digər qurumların da ləğv olunması gözlənilir. Hətta bəzi ekspertlər Naxçıvan Muxtar Respublikasının statusunun da ləğv olunması məsələsinin gündəmə gətirilməsinin vacibliyini vurğulayırlar.

Şərhlər
Görünür, grekorianların azərbaycanlılara qarşı tarixin ən vəhşi-hərbi terrorundan 35, erməni mafiyasının SSRİnı buraxdırmasından 30 illər ötməsinə baxmayaraq, hələ də hakimiyyətdə ipak-qəti vətəndaşdan çox, hay *şələquyruqları* çalışırlar? Hər minlərlə istintaq-mühakimə işləri qurulur. Ancaq, on minlərlə azərbaycanlıları öz doğma yuvasında məhv edən separatçılar hələ də mühakimə edilmir???
ermənilərə yaxın adamlar hakimiyyətdə işləyirlər,nazirdirlər,məmurdurlar.Siz niyə demirsiniz ki,Vasif Talıbov .....Regionun türk əhalisinə mənəvi işgəncələr verilirdi.Siz,istəsəniz də,istəməsiniz də Vasif Talıbov erası bitib....Hələ xalqın danışa bilmədiyi məsələlər də zamanla açılacaqdır.Unutmayın ki,Azərbaycan bir türk dövlətidir.Vəzifələri ələ keçirməklə Azərbaycanın türk dövləti olduğunu inkar edə bilməzsiniz.
Nə deyirrəə bu?Necə yəni "Naxçıvanla bağlı siyasi oyunbazlığın qurulması?"Yəni Naxçıvanda 27 il hakimiyyətdə olanlar dövlətin yüz milyonlarını yeyiblərsə bunun üzə çıxarılması haqqında söz demək siyasi oyunbazlıqdırmı?Camaat neyləsin,sussunmu?1937-ci ildəmi yaşayırıq?Ümumiyyətlə,Sovet dağılmasaydı sənin özün deputat ola bilərdinmi yəni bu möhtəşəm dünyagörüşünlə?Camaat haqqında söz deməzdən əvvəl bir özün haqqında düşün,özünə sual ver ki,mən Milli Məclisə necə olub ki düşmüşəm bu əsrarəngiz biliyimlə savadımla,məqsədim məramım nədir,nə deyib məni buraya qoyublar?Millətvəkili millətin vəkili olmalı deyilmi?Populist sözlərindən millətin qorxub el malını yeyənlər barədə susacağınımı gözləyirsən?Nə marağın var yəni?Başqa rayonlarda da antikorrupsiya tədbirləri keçirilir,amma Naxçıvan rayon deyil,muxtar respublikadır və həssas bölgədədir.Dövlət çox doğru edib korrupsionerləri cəzalandırıb,xalq da çox doğru edir korrupsionerlərə nifrət edir.Sən mopeddən,skuterdən filandan danış,əgər heç olmasa moped,skuter haqqında nəsə bilirsənsə.Ali məsələlərə toxunma,öt keç yəni.Sənlik deyil bu işlər.
Ə bə gardaş , Nə oldu......Vasf Bir vaxtlar var idi .... indi ne oldu
Molçat!!!!! Xvatit gijdədin, bezdirdin milləti də, Ombutsmanımızı da....
Siyaquşun başı ətdəşib. Hər ağzını açanda "quşluyur". Ümumiyyətlə S.Novruzov hakimiyyətə lazım olan sözləri demək missiyasını yerinə yetirirdi və bu sözlər onun özünə aid olmadığı üçün ona ən azı hörmətsizlik gətirmirdi. İndi onun əlindən bu missiya alınıb və Siyavuş artıq öz sözünü dediyi üçün biyabırçı vəziyyət yaranır
Göresen rehmetlik Mirze Celil sağ olsaydı bu gün Naxçıvanda baş verenler ve bele Millet vekillerine ne deyer ve ne ad qoyardı.Görün çatlasın Mürze Celil ,Ulu Cavid gör Sizi Vetenlzde Xalqın adından kimler danışır kimler milletin taleyini hell edir.
Naxçıvanın ve Naxçıvanlıların en böyük bedbextçiliynden biri de mehz xslqın seçmediyi beke adamların. Xslqın elçşsi kimi Milli Meclisde olmasıdır.Bu adam başa düşmğr ki Naxçuvanı bu güne qoyanlardan söhbet gedir Naxçıvan. ve naxçıvanlılardan yox.Naxçıvanlılar Dövletçn Müsteqilliyi sahesinde en çetin meqamkarda öz sözlerini deyib ve yene de deyecek.Mesele niye Naxçıvanı bu güne salıblar ondadır.
Ğəlin birlikdə ermənini qabaqlayaq, adamları özümüz öyrədək.