Deputatın ilk dəfə danışmaq arzusu baş tutmadı - VİDEO

Milli Məclisin deputatı Məzahir Əfəndiyev parlamentin iclasında ilk dəfə çıxış etmək istəsə də, kiçik səhv ucbatından bu, mümkün olmayıb.

Məzahir Əfəndiyev cari məsələlərlə bağlı çıxış etmək istədiyini, lakin səhv düyməni basdığı üçün bunun alınmadığını bildirib.

Məzahir Əfəndiyev üzürxahlıq edərək sonda ona söz verilməsini xahiş edib. 

635x100

Şərhlər

Culfa 2022-12-03 20:41:33

Guya spiker ondan abırlı danışdı: - Vaxt olsa, verərəm!

dadaşyev 2022-12-03 15:49:34

A balam,necə seçilmisənsə seçilmisən,onu qoyaq bir qırağa,hərdən özünə azca zəhmət də olsa danışmaq lazımdır ki,bilinsin ki sən də deputatsan.Hərdən heç olmasa Şahin İsmayılov kimi skuterdən-zaddan danış ki,ən azı düymələri səhv salmayasan,yoxsa ölkə üçün vacib qərarların səsverməsində "hə" yerinə "yox" düyməsini basarsan,evimiz yıxılar.Nədəəə bu?

Adam 2022-12-03 13:52:31

Bu qeder kobud cavab vermek lazim deyildi. Sehv edib, edib de.

Azərbaycan türkü 2022-12-03 13:50:26

Rəhmətliyin nəvəsi, heç olmasa təcrübəli həmkarlarla məsləhətləşəydin, hansı qnopqeyi hancarı basasan. Məsələn , Madər bəylə, o bu işi çox yaxşı bilir, səhv qnopqa basdığını görən olmayıb indiyeycən.

Son yazılar