Menu

DÇ-2022: Argentina millisi 1/4 finalda Niderlanda rəqib olub

04.12.2022, 01:50
DÇ-2022: Argentina millisi 1/4 finalda Niderlanda rəqib olub

Argentina millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb.

"Report"un məlumatına görə, Lionel Skaloninin baş məşqçi olduğu komanda 1/8 finalda Avstraliyanı 2:1 hesabı ilə məğlub edib.

Cənubi Amerika təmsilçisinin qollarını 35-ci dəqiqədə Lionel Messi, 57-ci dəqiqədə Julian Alvares vurub. Avstraliya yığmasının heyətində Kreyq Qudvin 77-ci dəqiqədə fərqlənib.

Komanda 1/4 finalda Niderlandla üz-üzə gələcək. Matç dekabrın 9-da baş tutacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol