“AZƏRBAYCANA GEDƏCƏYƏM...”
NƏSİMİNİN BAŞQA ŞAİRİN ŞEİRİNƏ EHTİYACI OLMAYIB!
prof. Ramazan SİRACOĞLU
Məzhəb və təriqət mənsubları tarix boyu əhalinin iqtisadi-siyasi problemlərindən yararlanıb öz ideyalarını əhali arasında yaymağa çalışmış, tərəfdarlarını məqsədyönlü şəkildə həmin istiqamətə yönləndirmişlər. Bu baxımdan Teymurilər xanədanlığı zamanında təşəkkül tapıb böyük bir sürətlə yayılan hürufilik hərəkatı da istisna deyildir. Hürufilər batini və zahiri bütünlüyə çox diqqət edir, davranışlarında ciddiyyətlərini qoruyur və xarizmatik görünməyə çalışırdılar. “İnsan bütün varlıqların əşrəfidir” düşüncəsinə sarsılmaz inam bəslədiklərindən mümkün qədər qüsursuz olmağa, forma və məzmun vəhdətindən qopmamağa üstünlük verirdilər. ( Bax: حسین میرجعفري، تاریخ تحولات سیاسی اجتماعی اقتصادي و فرهنگی ایران در دوره تیموریان و ترکمانان .تهران: انتشارات سمت، 1379 ،ص 207 ـ
Tarixi mənbələr göstərir ki, XIV əsrin 80-ci illərində Bakı şəhəri hürufiliyin geniş yayıldığı məkana çevrilmişdi. Fəzlüllah Nəimini Bakıya gətirən başlıca səbəb də məhz bu amil idi. Nəsimi təxminən 16-17 yaşlarında Bakıda Nəimi ilə tanış olanda Fəzlullah 50-ni haqlamaqdaydı. Nəiminin şövq ilə şeir söyləməsi, bəlağətli rəvan və təsirli nitqi onu dinləyənləri, o cümlədən gənc Nəsimini heyran eləmişdi. O zamanlar dost-tanışları bu gənci hələ əsl adıyla - Əli kimi tanıyırdılar. Ona “Seyyid” adını Nəimi əlavə etmiş, gənc Əli də heyranı olduğu ustadın təxəllüsünə uyğun olaraq özünə "Nəsimi" təxəllüsünü götürmüşdü. ( Bax: راوندی،1378، بخش1ج8، 627).
Nəiminin sözlərinə görə, ALLAH bütün adları Adəmə öyrətdiyi, onu bütün canlılardan üstün yaratdığı üçün, mələklər və şeytan İnsan qarşısında həmişə acizdir. Nəimi iddia edirdi ki, Bəqərə surəsinin 30-cu ayəsində ALLAH bütün mələklərə “ إِنِّي جَاعِلٌ فِي الأَرْضِ خَلِيفَةً – İnni cailu fi-l ardi xəlifətən— Mən Yer üzərində bir xəlifə yaradacağam” buyurduğu üçün və həmin surənin 31-ci ayəsində- وَعَلَّمَ آدَمَ الأَسْمَاء كُلَّهَا – Və əlləmə Adəmə-l- əsmaə kulləha- Və Adəmə bütün adları öyrətdi”- bəyan edildiyinə görə İnsanın özü ən böyük dəyərdir. Nəimi böyük bir ustalıqla gənc Nəsiminin təsəvvürlərində İnsanı ucaltmışdı. Nəimi öz müridlərini inandırmışdı ki, insanın sifətində açıq-aşkar ALLAH sözü yazılıb: burun “əlif” hərfidir, burun pərləri “lam”, gözlər isə “hə”dir. Onun məntiqinə görə, mələklər sadəcə öyədilənləri bilirlər, İnsan isə həm də özü öyrənib özünü təkmilləşdirmə qabiliyyətindədir. Mələklər də özlərinin məhdud bilik sahibi olduqlarının fərqindədirlər. Nəimi öz iddialarını doğrulamaq üçün yenə də Qurani-Kərimə istinad etmişdi: قَالُواْ لاَ عِلْمَ لَنَا إِلاَّ مَا عَلَّمْتَنَا - Qalu lə ilmə ləna illa ma əlləmtəna- Dedilər sənin bizə öyrətdiyindən başqa bir biliyimiz yoxdur” (Bəqərə, 32). İnsan özü bir kiçik aləmdir (aləmi- səğir ), insanın üzü ilahi kitabdır, əslində, İnsan “ALLAHın danışan kitabıdır” (کتاب االله ناطق - Kitabullahi natiq). Hürufilərdən başqa heç kim bu həqiqəti bilmir. Hürufilər səbr və əzmlə bu həqiqəti insanlara izah etməlidir. Gənc Nəsimi böyük maraq və heyrətlə Nəimini dinləmişdi: Ərş üstündə mələklərlə hər gecə “yahu” söylərəm
Sufi olanlar “la” deyər, mənsə “illahu” söylərəm.
Mən bayquyam, divanəyəm, yüz şəhərlik viranəyəm
Qıy vuraram saraylarda, şah tacında “qu” söylərəm.
Mənim yanımda Qazi kim? Müfti neylər dərgahımda?
Göz olmasan məkanımdan hökmlə “yarğu” söylərəm.
Ey karvan, ey sariban, gecə oğrusu deyiləm
Pəhləvanam əldə qılınc, sözü “rubəru” söylərəm.
Nəiminin söylədiyi fikirlər Nəsimini bütün günü düşündürmüşdü: Aləm üç mərhələyə bölünür - 1-ci mərhələ nübubuvvət mərhələsidir, Adəmlə başlamış, Həzrəti-Muhəmməd əleyhüssalamla tamamlanmışdır;
2-ci mərhələ imamətdir, Əmir-əl möminin Həzrət Əli ibn Əbu Taliblə başlamış on birinci imam Həsən Əsgəri ilə tamamlanmışdır;
üçüncü mərhələ uluhiyyət mərhələsidir ki, Fəzlullah Nəimi ilə başlayır. Nəimi sözarası əlavə etmişdi ki, Mehdi Sahibi-əz-Zaman elə onun özüdür.
Nəsimi ertəsi gün utancaq bir tərzdə yenicə yazdığı şeiri Nəimiyə təqdim etmişdi:
Dinin günəşi, dünyada imanım əfəndi,
Alimlər ümidi, məhi-tabanım əfəndi.
Könlüm, gözümün nuru, vücudumda həyatım,
Hər dəm damarımda yеriyən qanım əfəndi...
Bağım, İrəmim, rövzə ilə huri-cinanim,
Bülbüllər üçün tazə gülüstanım əfəndi.
Kanım, gühərim, mə’dəni-yaquti-rəvanım,
Qiymətli olan lə’li-bədəхşanım əfəndi.
Nəimi bu gənc şirvanlı balasının istedadı qarşısında heyrətini gizləyə bilməmişdi: “Ustadına bərəkəllah! Sən yaxın gələcəkdə hürufilərin əmiri olacaqsan”. Həqiqətən də, çox qısa bir zaman içində Nəsimi öz qabiliyyəti və şəxsiyyəti sayəsində Nəiminin ətrafında olan bütün mürüdlərini, o cümlədən, Əliyyü’ əla kimi məşhurlaşmış Əbu’l Həsən İsfahanini, Nəiminin ən yaxını sayılan İzəddin Əbdülməcidi, Kamal Haşimi və Mahmud kimi tələbələrini ötüb keçmişdi. Tərəddüdsüz qeyd etmək lazımdır ki, türk, ərəb və fars ədəbiyyatında Hürufi məzmunlu şeirlər yazmış heç bir şair — Gülşəni, Nədimi, Ərşi, Muhiti, Kəlimi, Niyazi Misri, Gül Baba, Qasım Ənvar və başqaları heç vaxt Nəsimi səviyyəsinə yüksələ bilməmişlər. Ən yaxşı halda, onlar Nəsimini zəif şəkildə təqlid etmişlər.
Nəsimi öz ustadı Fəzlullah Nəimidən öyrəndiklərini az sonra Mənsur Həllacın fikirləri əsasında dərinləşdirmişdi. Taleyin işi qəribədir: Nəimini hürufiliyə görə, onun tələbəsi Nəsimini isə Mənsur Həllacın fikirlərinin təbliğinə görə ittiham edib qətlinə fərman vermişdilər: چو حق بنوشت بر رویش تمامی اصل قرآن را / رخ او مصحف خوبی و خطش ترجمانسـتی
Çün Həqq üzünə tam yazmış bütün Quranın əslini
Xub çöhrəsi müshəfdürür, xətti onun tərcümanı.
Haqqında bir-birinə zidd xəbərlər söylənilən, təvəllüdü və vəfatı haqqında müxtəlif mənbələrdə fərqli tarixlər təsbit olunmuş Nəsimi qısa zaman içində Azərbaycanda çox məşhurlaşmışdı. İnsanlara azadlıq və ədalət təbliğ edən hürufiləri Teymurilər öz xanədanlıqları üçün böyük təhlükə mənbəyi olaraq görürdülər. Teymurilərin müşahidəsinə görə, hürufilər başqa dərvişlərdən fərqli idilər, vird oxumur, zikr etmirdilər. Əlincə qalasını özlərinin həcc yeri adlandırması, onun ətrafına dövrə vurmağı özlərinə borc bilmələri, hər səhər “Baba” adlandırdıqları təriqət başçısını ziyarət etmələri, dini mətnləri öz tərzlərində “təvil” adlanan üsulla açıqlamaları, hərfləri gizli mənaları dərk etmək vasitəsi saymaları Teymuri xanədanlığını ciddi əndişələndirirdi. Buxara ilahiyyatçıları (fəqihləri) Nəsiminin bu beytini yanlış şərh edərək Əmir Teymuru qəzəbləndirməyi bacarmışdılar: لوح محفوظ است پیشانی وقران روی دوست / كُلُّ شَيْءٍ هَالِكٌ إِلَّا وَجْهَهُ لاریب اندر شان اوست (Yarın alnı Lövh-əl-məhfuz, çöhrəsi Quran ayəsidir, “Qəsas” surəsinin 88-ci ayəsindəki “Onun özündən başqa hər şey yox olacaqdır” hökmü, şübhəsiz ki, dostun üzünə görədir.) Miranşah atası Əmir Teymurun israrı ilə bir qrup üləmanı toplayıb Fəzlullah Nəiminin və ardıcıllarının zındıq olması barədə hökm verdi. Maraqlananlar üçün xatırlatmaq lazımdır ki, hürufiləri zındıq adlandırmanın hüquqi əsası yoxdur. Ərəblər atəşpərəstlərə “məcusi”, Zərdüştə aid edilən “Zənd” kitabına iman gətirənlərə isə “ زندیق -zəndiq” deyirdilər. Əslində, bu söz pəhləvicədir- “زندیك – zendik”. Sonralar batində islami ehkamları qəbul etməyib zahirən özünü müsəlman kimi göstərənlərə də “zındıq” deyilməyə başlamışdı. Ümumiyyətlə, islam hüququnda islam dininə qarşı çıxan fərqli qruplara müəyyən tanımlamalar var: mürtəd, mülhəd, müşrik, kafir, laməzhəb, asi vs. ( Bax: المزهر سیوطی و المعرب جوالیقی ص 166 )
Hürufilərin ALLAHa inanmaması haqqında irəli sürülən mülahizələr doğru deyildir. Hətta bir ara bizdə də belə bir yanlış fikir irəli sürülmüşdü ki, “Nəsimi “Məndə sığar iki cahan” yox, “Məndə sığar ikən cahan” yazıb. Axı o dinə inanmırdı, iki cahan deməzdi” (!)
Fəzlullah Nəimi və onun xələfi İmadəddin Nəsimi Şirvani də daxil olmaqla bütün hürufilər iliklərinə qədər müsəlmandırlar. Sadəcə, onların mütləq həqiqət olan ALLAHa qovuşmaq prinsipləri ənənəvilikdən fərqlidir. Hürufilər təsəvvüfdə mövcud olan “ صحو بعد المحو - Səhv bə’d-əl- məhv- Yox olduqdan sonra oyanıb özünə gəlmək“ prinsipini qəbul edib onu daha da dərinləşdirmişdilər. Sufilərin (və də hürufilərin ) etiqadına görə, ilahi eşqin on mərtəbəsi var: məhəbbət, iradət, şəbabət, ğəramət, vədadət, şəğavət, eşq, tətəyyüm, təəbbüd, hüllət. Hüllət, sonuncu mərtəbə, “- فناء فیاللّه وبقاء باللّه fəna fillahi və bəqa billahi – ALLAHda yox olub ALLAHda əbədi qalmaq” dərəcəsidir. Həmin dərəcəyə yüksələ bilənlər ALLAHa qovuşub onda yox olub əbədiyyətə qovuşurlar. Hürufilərin düşüncəsinə görə, insan əngin ümmana qovuşduqdan sonra yox olmuş kimi görünən çaya bənzəyir. Başqa sözlə, çay ümmana qovuşduqda, həm də ümman olursa, Haqqa qovuşan insan da Haqqın bir zərrəsi şəklində həm də Haqq olur. Bu mənada hürufilər Mənsur Həllacın məşhur “ اناالحق - Ənə-l- Həqq- Mən Haqqam” fikrini qəbul etmişdilər. Nəsimi az sonra bu fikri “Haq mənəm, haq məndədir, haq söylərəm” şəklində poetikləşdirmişdir.
Xanədanlığa xidmət edən, rəsmilərin verdiyi pulla fəaliyyət göstərən ilahiyyatçılar fürsət düşdükcə hürufiləri vurmağa, xalq arasında onları nüfuzdan salmağa çalışır, bacardıqları dərəcədə onları zərərsizləşdirmək üçün bütün mümkün bəhanələrdən yararlanırdılar. Belə bəhanələrdən biri, hürufilərin istinad gətirdikləri “ من عرف نفسه فقد عرف ربه - Mən ərəfə nəfsəhu fəqəd ərəfə rəbbəhu- Özünü dərk edən, əslində Rəbbini dərk edər” hədisi oldu. Din rəsmilərinin iddiasına görə, həmin hədisi hürufilər qəsdən dəyişdirmiş, İnsanı əzəmətli, güclü, heç bir şeyə möhtac olmayan, heç nədən asılı olmayan varlıq olaraq göstərmiş və beləliklə, avam kütləyə insanın ilahlaşdırılmış bir varlıq olduğu fikrini aşılamağa çalışmışlar. İddiaya görə, o hədis əslində tam fərqli şəkildəymiş: من عرف نفسه بذلها وعجزها وفقرها عرف الله بعزه وقدرته وغناه الله من بعد– Özünün zəifliyini, dəyərsizliyini və acizliyini dərk edən şəxs, gerçəkdən də, ALLAHın əzəmət, qüdrət və zənginliyini idrak edər”. Hürufilərin düşüncəsinə görə, bütün varlıqların görüntüsü, həcmi, ölçüsü, çəkisi olduğu üçün bu xüsusiyyətlər Mütləq Varlığın özünə də aiddir və ALLAH özünü hərflər və o hərflərin tələffüzü zamanı yaranan səslər şəklində təcəlli etdirmişdir. İstinad olaraq da İslam Peyğəmbərinin dilindən söylənmiş bir hədisi gətiridilər. ( Bax: خياوي، روشن؛ حروفيه تحقيق در تاريخ، آراء و عقايد، نشر آتيه، اول،1379هـ ش، تهران، ص215 )
Miranşahın əmri ilə Nəimi Əlincə qalasında xüsusi amansızlıqla qətl edildikdən sonra Nəsimi Kiçik Asiyaya gedir. Bursa şəhərində onu zındıq elan etdikləri üçün çar-naçar oranı tərk edib Ankaraya, Hacı Bayram Vəlinin yanına gəlir, bir müddət sonra Hələb şəhərinə getməyə qərar verir. Hələb o zaman çərkəz məmlüklərinin idarəsindəydi. Hələbdə Nəsiminin gizli təkkəsi yaranır və onun müridləri orada fəaliyyətə başlayırlar. Hicri qəməri 811-ci ildə ( miladi 1408 ) yazılmış “کتاب بشارت نامه - Bəşarətnamə kitabı”na görə, Nəsimi hicri qəməri 807-ci ildə (miladi 1405) ildə qətlə yetirilmişdir. Tədqiqatçılar M. Fuad Köprülü, A. Gölpınarlı və A. Hüseyn də həmin tarixi Nəsiminin qətl tarixi hesab etmişlər. Müdərris Təbrizi “Reyhanatu’l ədəb” əsərində 1405 tarixinin daha mötəbər olması fikrindədir. “Bəşarətnamə” əsərində qeyd olunur ki, Nəsimi 36 yaşında qətlə yetirildi. “Ə’lamu’n nubəlai bitarixi Hələb” və “Kunuz zəhəbiyyə fi tarixi Hələb” kitabında İmadəddin Nəsiminin qətli barədə qeydlər var. Həmin qeydə görə, Nəsiminin qətlinə Hələb sultanı Müəyyəd Şeyx əl-Mahmud fərman və şeyx Şəhabəddin ibn Hilal fətva vermişdir. Tarixi mənbələrə görə isə, məmlük Müəyyəd Şeyx əl-Mahmudun hökmranlıq illəri 1412 - 1421-ci illərə təsadüf edir. Bu dəqiq tarixdir. O zaman, Nəsiminin 1405-ci ildə qətl edilməsi haqqında fikirlər özünü doğrultmur. Nəsiminin Hələb şəhərindəki məzar sanduqəsində isə onun qətl edilməsi tarixi hicri qəməri təqvimlə 824-cü il (miladi 1421 ) olaraq göstərilmişdir. Bizcə, bu tarix də dəqiq deyil.
İmadəddin Nəsimiyə olan sevgisini, məfkurə bağlığını göstərmək üçün çox şair öz şeirlərində Nəsimini xatırlayıb, hətta onun təxəllüsünü qəbul edib şeir yazmışdır. Ara-sıra müxtəlif kitabxanalarda Nəsiminin nəşr olunmamış şeirlərinin aşkar edilməsi xəbərləri də gəlir. Bu, bir tərəfdən yaxşıdır, digər tərəfdən isə sonra müəyyən problemlər yarada bilər. Nəsimişünaslar bu məsələdə çox ciddi olmalıdırlar. Fürsətdən istifadə edib mətbuatda Nəsiminin daha bir yeni əlyazmasının aşkarlanması haqqında subyektiv fikrimi bildirmək istəyirəm. Maraqlıdır ki, Nəsiminin farsca “Divan”ında “دیوان فارسی حضرت سلطان العارفین و برهان المحققین و مالک طه و یس، ابوالفضل امیر سید نسیمی - قَدَّسَ الله سَرُّهُ العَزیز “- Divan-e farsi həzrət sultan’ul arifin və malik-e Taha vo Yasin, Əbu’l fəzl əmir Seyyid Nəsimi qəddəsə-l-lahu sərruhu’l əziz” sözləri yazıldığı halda, Azərbaycan türkcəsindəki divanında bu epitetlər bir qədər qısaldılmışdır: Divani- həzrət Seyyid Nəsimi qəddəsə sərrihu’l əziz”. Yeri gəlmişkən, “ - قَدَّسَ الله سَرُّهُ - Qəddəsə-l-lahu sərruhu” ifadəsi böyük şəxsiyyətlərə ehtiram əlaməti olaraq işlənilir və “ALLAH onun məzarının torpağını pak etsin” mənasındadır.
Ey sifati- bəhr- i zatın kövsəri-zat-i Xuda
Mə’dəni- fəzl-i vücudun ya Rəsuli- Kibriya.
Surətin “Taha” vü “Yasin”, zülfi-ənbəri- şanınız
Fərtəqib təti-s- səmavat duxani” “qul kəfa”
Surətin “İnna fətəhna”dır, cəmalın “qaf” imiş,
Ey yüzün misli “təbarək”, “sidr’ül müntəha”.
“Kuntu kənz”in mənisi səndən açıldı aləmə
Ey sifətin elm şəhri, vey dəlilin rəhnüma…
Sadəcə ilk dörd beyt əsasında (hürufilər bütün varlığın təməlində dörd ünsürün— su, od, torpaq, hava- olduğunu iddia edir, dördü müqəddəs bilirdilər) mülahizə yürütmək istədiyimiz örnək parçada xeyli üslubi və qrammatik səhvlərin olması bizdə “bu şeir doğrudanmı İmadəddin Nəsimiyə aiddir?” şübhəsi yaradır.
Örnək parçanın ikinci beytinin ilk misrasında yanlışlıq var: “Surətin “Ta Ha” vü “Ya Sin”, zülfi- ənbər şanınız”. “Ta” “Ha” və “Ya” “Sin” “hurufi- muqəttəə”- “kəsilmiş hərflər” adlanan və Qurani-Kərimdə 29 yerdə mövcud olan, mənalarını indiyədək dəqiq şəkildə heç kimin aça bilmədiyi ilahi hikmətdir. Ayrı-ayrı oxunur, طاها və یاسین şəklində yazılması düzgün deyil, həmin “hurufi- muqəttəə” müvafiq olaraq طه və یس şəklində yazılmalıdır. Misranın yanlış orfoqrafiyası həm də şeirin təfiləsinin pozulmasına səbəb olub. Əruz şeirində “əlif”, sait kimi oxunan “vav” və “yə” hərfləri qapalı heca yaradır, uzun və qısa saitlərin düzümü isə şeir arxitektonikasını yaradan önəmli amildir.
“Fərtəqib təti-s- səmavat duxani” “qul kəfa” (Duxan surəsinin 10-cu ayəsinə aid olan bu ifadə, təhrif olunub, əslində , السَّمَاء بِدُخَانٍ – “səmau bi duxanin” şəklində olmalıdır ) – Göylərdən seyrək duman gələcəyini gözlə” , “söylə: yetər” (“qul kəfa” sözü də yanlış yazılmışdır, İsra surəsinin 96-cı ayəsindən götürülmüş həmin ifadə “əlif bi surəti-yə”-ilə yəni, “a”- kimi oxunan “yə” ilə yazılmalıdır: “كَفَى“ ) Nümunə gətirdiyimiz mətndə “sidr’ül müntəha” ifadəsi də yanlış yazılmışdır. Nəcm surəsinin 14-cü ayəsinə aid olan həmin ifadənin düzgün yazılış şəkli “ سِدْرَةِ الْمُنْتَهَى - sidrət’ul muntəha“dır. İnanca görə, “sidrət’ul muntəha” göyün yeddinci qatında bitən ağacdır, “Mələkut” aləmindən “Cəbərrut” aləminə keçid məqamında yerləşir. Oradan o tərəfə hətta Həzrət Cəbrail də keçə bilməz. Daha sonra “Lahut” aləmi gəlir. O aləm haqqında heç kim heç nə bilmir. Əshabələri bir dəfə İslam Peyğəmbərinə “o aləmdə görəsən nə var?”- deyə soruşduqlarında Rəsulillah qısaca “ فیه ما فیه – Fihi ma fihi- O aləmdə o aləmdə olan var”- söyləmişdi. Çox sonralar Mövlana o sözə eyniadlı bir əsər yazmışdır.
Örnək parçanın sonuncu beytinin ilk misrasındakı “kuntu kənz” ifadəsi də yanlış yazılmışdır. İslam aləmində məşhur olan həmin ifadə əslində “ كنت كنزا مخفيا فأحببت أن أعرف فخلقت خلقاً - Kuntu kənzən məxfiyyən fəəhbəbtu ən urifə fəxələqtu’l xəlqən- Mən bir gizli xəzinə idim, bilinmək istədim və məxluqu yaratdım“ şəklindədir və çox yayğın olan hədisi-şərifdən alıntıdır. Nəsimi kimi dahi söz sərrafının kiçik bir parçada bu qədər yanlışlığa yol verməsi əsla və əsla mümkün deyil. Nəsimi hesab edirdi ki, ALLAH “qeyri-məhsus” qüdrəttir. “Qeyri-məhsus”, insanın sahib olduğu beş duyğu— “görmə, eşitmə, lamisə, dadbilmə, qoxu”—üzvünün heç biri ilə inikas etməyən misilsiz və əbədi güc anlamındadır. İnsan öz yaradıcısı ilə yalnız SÖZ vasitəsi ilə bağlantı qura bilər. SÖZdən başqa heç bir vasitə İNSANın istək, dilək və yalvarışlarını o ilahi dərgaha yetirə bilməz. Bütün hürufilər kimi, Nəsimi də sözə çox böyük diqqət və önəm vermişdir. Unutmaq olmaz ki, Nəsimi hürufiliyin banisi Nəiminin xələfidir, Nəimi özü ona “seyyid” titulu vermişdi, hürufilərin hamısı Nəsimiyə “əmir” deyə müraciət edirdilər.
Divan ədəbiyatının qaydasına görə, şeirin ilk beytinin ölçüsü bütün şeir boyu gözlənilir. Çox nadir hallarda, (mütəvvəl qəsidələrdə, məsnəvilərdə) şairlər yeknəsəkliyi aradan qaldırmaq naminə bilərəkdən şeirin bəhrini dəyişirdilər. Örnək parçanın ilk beyti “müzare” bəhrində ( məf’ulu fa’ilatu məfailu failun ), sonrakı beytlər isə rəməl bəhrindədir ( failatun failatun failatun failun ). Eyni zamanda, bu iki fərqli bəhr, həm də əruzun müxtəlif dairələrindəndir. Məlum olduğu kimi, rəməl bəhri “daireyi- müctəlibə”, müzare bəhri isə, “daireyi-müştəbihə” qrupundandır. Sözə böyük önəm verən, şeir sənətini mükəmməl bilən Nəsimi divan ədəbiyatının tələblərini əla bildiyi üçün başlanğıcda belə yazması təəccüblü təsir bağışlayır. Bu yanlışlığı yazını köçürmüş, qələmə almış katibin adına çıxmaq isə inandırıcı görünmür. Ehtimal ki, bu örnək şeiri hürufilərdən kim isə çox sonralar yazmış, Nəsimiyə olan sevgisindən o şeri Nəsimi adıyla tamamlamışdır, yaxud da bu şeir XVII əsrdə yaşamış və özünü Qul Nəsimi adıyla Anadoluda tanıtmış, Bəktaşi təriqətinə mənsub olan bir şairə aiddir. Bəktaşilərin hürufilərin xələfləri olması faktı isə inkarolunmaz bir gerçəklikdir. Nəsiminin başqa şairin şeirinə ehtiyacı yoxdur.
Nəsimiyə kafir deyən cahil, onun gözəl şeirlər yazdığını inkar edə bilmir: هذا الرجل كان كافرا ملحدا وله شعر رقيق أ - “Bu adam kafir və dinsiz idi, lakin zərif şeirləri vardı”. ( Bax: سبط ابن العجمي، موفق الدين الجزء : 2 صفحة : -١٢٥ )
Axı bu kəlamları söyləyəni dinsizlikdə necə ittiham etmək olardı?
Kə’bə üzündür canıma, еşq ilə məscudam ana,
Еy zülfü kafir, gör nеcə gеrçək müsəlman olmuşam!
Bəndə Nəsimi görəli nuri-Xuda üzündə mən
İndi şəhadət əhliyəm, çün əhli-iman olmuşam.
Məşhur şairimiz haqqında olan rəvayətlərdən birində deyilir ki, Nəsimi qətlə yetirildiyi günün ertəsi, erkən sübh çağı şəhər qapıçıları onu Hələb şəhərindən çıxan görüblər. Üst-başı al qan içində imiş. Qapıçılardan biri heyrətlə “bu vəziyyətdə haraya gedirsiniz, necə gedəcəksiniz?”- deyə soruşanda Nəsimi qətiyyətlə “Azərbaycanda bizimkilər xəbər tutublar, gələcəklər məni aparmağa! Onlarla gedəcəyəm” deyərək qeyb olub…
Çox istərdim ki, Nəsiminin Hələb qapıçılarına söylədikləri gerçək olsun…
Şəkildə: İmadəddin Nəsiminin Hələb şəhərindəki məzarı. Məzar sanduqəsində belə yazılıb:
Fatihə. Bu məzar, ALLAHın və onun vəlisinin böyük bilicisi, sufi inancına etiqad edən Şəhid Şeyx Əli İmadəddin Nəsiminindir. Hicri 824-cü ildə (miladi 1421-ci ildə) şəhadətə yetirilmişdir. Uca ALLAH rəhmət eləsin, məzarının torpağı pak olsun.)
Son yazılar
Обзор на EPOS GTW 270 Hybrid
Они доступны только в этой цветовой гамме из оружейного металла. Обновление 22 апреля, 10:03 утра по восточному времени: EPOS выпустила обновление прошивки для GTW 270, доступного через программное обеспечение Gaming Suite на ПК, которое обеспечивает одновременное Bluetooth и беспроводное подключение к его ключу USB —C. Вы можете переключаться между режимами, нажав кнопку на ключ. Компания говорит, что теперь он доступен. Гибридные наушники GTW 270 стоимостью 199 долларов от аудиокомпании EPOS, насколько мне известно, являются первыми по — настоящему беспроводными наушниками, созданными для игр, но сами наушники не являются самой большой точкой продаж. Приемник Bluetooth USB-C, который поставляется с наушниками, получает это различие. Он намного компактнее, чем стандартные USB-ключи размером с флэш-накопитель, входящие в комплект многих гарнитур. Он также более способен работать с кодеком aptX low latency (aptX LL), который обеспечивает хорошее звучание звука без заметной задержки. Используя приемник, гибрид GTW 270 может быть особенно хорош для быстро развивающихся игр, где звуковые сигналы имеют значение для успеха; но на самом деле, это приятно иметь для любого названия. Однако есть одна проблема: микрофоны не работают, когда вы слушаете звук через приемник USB-C. (Однако встроенные микрофоны наушников работают, когда они подключены к устройству через Bluetooth.) Гибрид EPOS GTW 270 Вот звезда шоу. Это больше зависит от технических ограничений aptX, чем от принятия решений EPOS. Чтобы определить приоритет полосы пропускания для качества звука и быстродействия, при прослушивании с помощью ключа USB-C активен только канал воспроизведения. Это потенциальный разрыв сделки для некоторых геймеров, которые, возможно, захотят перейти в голосовой чат с друзьями на своих консолях. Но к чести EPOS, задержка между ключом и наушниками действительно кажется несуществующей. Эти бутоны цвета оружейного металла имеют простой, сдержанный дизайн, чтобы они не слишком высовывались из вашего уха. Они не слишком тяжелые, и посадка удобная, благодаря сменным силиконовым ушным наконечникам, которые помогают получить хорошую герметичность в ухе. Что касается элементов управления, у них есть только одна многофункциональная кнопка, которая обрабатывает приостановку и возобновление музыки, смену треков, а также прием телефонных звонков. Другими словами, без ключа USB-C они не являются чем-то особенным. (EPOS действительно делает версию за 169 долларов без ключа.) Для общего использования — например, для телефонных звонков или музыки — вы можете получить больше, потратив меньше, если посмотрите некоторые из вариантов в руководстве по покупке доступных беспроводных наушников моего коллеги Криса Уэлча. НАШ ОБЗОР ГИБРИДА GTW 270 7 ИЗ 10 Плюсы Незаметная задержка при подключении к ключу USB-C Сменные силиконовые наконечники для комфорта и звукоизоляции Совместимость с несколькими устройствами Минусы Микрофоны не работают при подключении через USB-C Чехол для зарядки, подверженный царапинам Они легки в использовании по цене За пределами игр эти наушники можно использовать, как и любой другой беспроводной набор, для подключения к телефону, планшету или ноутбуку через Bluetooth. Они поддерживают Bluetooth 5.1 (с кодеком SBC или aptX, в зависимости от устройства, к которому вы подключаетесь) для музыки, видео, игр и телефонных звонков, и EPOS говорит, что вы можете сопрягать их с восемью устройствами. Сопряжение выполняется, удерживая нажатой кнопку на корпусе зарядки. Гибрид EPOS GTW 270 Единственная кнопка гибрида GTW 270 находится на левом наушнике. Говоря о зарядном чехле: он имеет цельнометаллическую конструкцию, которую, к сожалению, очень легко поцарапать. Он заряжается через USB-C; при полной зарядке EPOS говорит, что он может обеспечить до 15 часов дополнительного времени автономной работы наушников. В течение рассматриваемого периода гибридные наушники GTW 270 достигли пятичасовой отметки времени автономной работы, что соответствует заявлениям компании. И если вы тот, кто время от времени совершает потную пробежку или просто не хочет попасть под дождь, они водонепроницаемы по стандарту IPX5. Я провел последние несколько недель, используя наушники, чтобы играть в игры поочередно на моем PS5, моем коммутаторе и моем рабочем ноутбуке несколько раз в день. (Если вам интересно, в комплект поставки входит адаптер, который позволяет подключить ключ к устройству с портами USB Type-A.) Гибрид GTW 270 работает как любая беспроводная игровая гарнитура, но действительно беспроводной форм - фактор имеет некоторые очевидные преимущества. Мне нравится, что они позволяют мне свободно передвигаться по проводам, и их использование не изолирует меня (или не портит мои волосы), как громоздкие банки для ушей. Приемник предварительно соединен с бутонами, и они подключаются почти мгновенно. Гибрид EPOS GTW 270 Каждый наушник заряжается через контактные точки, а светодиоды показывают оставшееся время автономной работы. Мне также нравится удобство использования только правого наушника (правый управляет передачей Bluetooth, поэтому прослушивание только через левый наушник не работает), поэтому я могу держать ухо доступным для прослушивания отправленных пакетов. Это, конечно, не является чем-то новым для людей, которые уже используют действительно беспроводные наушники. Это просто кажется новым, чтобы испытать эту свободу с игровой гарнитурой. В течение отчетного периода я попробовал римейк "Души демона", "Бог войны" 2018 года, "Приключения в кольце" и "Призрак Цусимы", а также несколько других игр. Хотя у них нет самой широкой звуковой сцены или самого четкого частотного разделения, которое я слышал для прослушивания музыки, они сияют игровым звуком — в частности, эффектами объемного звучания и доставкой басов. Общее качество звука не является взрывоопасным, и есть предел тому, насколько захватывающими могут быть эффекты объемного звучания, учитывая небольшие драйверы наушников. Но звук не слишком скомпрометирован. Если вы не хардкорный геймер, которому нужно услышать каждую деталь в кристально чистой презентации, они, скорее всего, подойдут вам. Гибрид EPOS GTW 270 Они великолепно работают как с PS5, так и с коммутатором. Для расширения совместимости в комплект поставки входит адаптер USB-C-USB Type-A. Гибрид GTW 270 был бы очень близок к идеалу, если бы микрофоны работали при подключении с помощью ключа USB-C. Увы, это не так, поэтому использование ключа будет практически бесполезно для тех, кто часто играет в многопользовательские игры с друзьями. (Это немного другая история, если вы играете в много однопользовательских игр и не возражаете против отсутствия микрофона для игр.) Поскольку наушники не так уж полезны для игр без ключа, это означает, что вы идете на большой компромисс, и это тот, который ни одна из лучших игровых гарнитур, которые я тестировал (большинство из которых дешевле, чем это), не просит вас сделать. Это твой выбор. Часы OnePlus - это первые умные часы от OnePlus. Он стоит всего 159 долларов и длится до двух недель между зарядками, но он также делает намного меньше, чем конкурирующие умные часы от Samsung, Fossil, Apple и других. https://www.theverge.com/22241197/epos-gtw-270-hybrid-truly-wireless-earbuds-usb-c-gaming-bluetooth
Лучший Chromebook 2021 Lenovo Chromebook Duet
Лучший Chromebook 2021 Lenovo Chromebook Duet Lenovo Chromebook Duet-это впечатляющее конвертируемое устройство за 279 долларов. Часть руководства Verge по Chrome OS и Chromebook Дуэт Chromebook от Lenovo далек от безупречности. Но когда вы оцениваете устройство, которое начинается с 279 долларов, вопрос не в том, “Является ли это идеальным устройством”, а в том, “Лучше ли это, чем другие вещи, которые вы можете получить за эту цену” Chromebook в этом ценовом диапазоне, как правило, неуклюж и дешев, как Chromebook 14 от HP или Chromebook x360 12b. Если вам нужна альтернатива Windows, вы смотрите на самый нижний конец линий Acer Aspire или Acer Swift или другие чрезвычайно простые варианты, такие как Motile 14. И, конечно, есть iPad начального уровня и другие базовые планшеты Android, но они не поставляются с клавиатурой. Lenovo, безусловно, срезала некоторые углы, чтобы сократить дуэт Chromebook до этой ценовой точки. И поскольку я работаю профессиональным ворчуном, я буду ворчать. Но в конце дня они чувствуют себя как срезанные углы — не как серьезные ошибки, которые значительно затрудняют работу устройства. И после нескольких дней использования дуэта в качестве основного драйвера я чувствую себя комфортно, говоря, что он гораздо больше похож на Surface Go с некоторыми уступками, чем на ультрабюджетный ПК. НАШ ОБЗОР Duet Chromebook ОТ LENOVO 8,5 ИЗ 10 Плюсы Ультра портативный 11-часовое время автономной работы В комплекте клавиатура и подставка для ног Вы не можете превзойти цену Минусы Тесная клавиатура и тачпад Только один порт (и это не разъем для наушников) Не хватает лошадиных сил для серьезной многозадачности По сравнению с последними iPad или более дорогими хромбуками, такими как Pixelbook Go, Chromebook Duet имеет значительные недостатки. Но эти устройства являются шагом вверх в цене (особенно если вы включаете крышки клавиатуры). Если вы ищете кабриолет в диапазоне ниже 300 долларов, у которого есть нога в обеих дверях, дуэт-лучшее, что вы найдете. Базовая модель Chromebook Duet имеет 4 ГБ оперативной памяти и 64 ГБ памяти. В стоимость входит клавиатура и подставка, чего не скажешь о Surface Go или любой другой модели iPad. Я протестировал версию за 299 долларов, которая имеет тот же процессор и оперативную память, но 128 ГБ памяти. Двадцать долларов — это не огромная разница, поэтому я рекомендую вам пойти на дополнительное хранилище, если вы можете себе это позволить-64G быстро заполнится, если вы планируете загружать много приложений, видео или других носителей. Дуэт Lenovo Chromebook Лучшие ноутбуки 2020 Lenovo Chromebook Duet Легко изменить угол наклона экрана. Помимо его головокружительной цены, главное, что нужно знать об этом Chromebook,-это то, что он маленький. При 10,1 дюйма это типичный размер для планшета, но если вы пытаетесь использовать его так, как вы использовали бы рабочий ноутбук (например, с десятками вкладок и окон рядом), все становится тесным. Я смог написать весь этот обзор на дуэте, но возвращение к 13-дюймовому 32-дюймовому экрану на моем персональном компьютере казалось совершенно новым миром. Дисплей действительно имеет соотношение сторон 1610, что я ценю, и если вы привыкли использовать 169 панелей, вы заметите дополнительное вертикальное пространство. Я все еще чувствую себя немного менее стесненным на 13-дюймовом экране 169, но это близко. Как следствие, съемная клавиатура также крошечная. Большинство клавиш не страшны для нажатия; на самом деле они немного больше, чем клавиши Surface Go, с шагом около 1,3 мм. К тесной настройке потребовалось некоторое время, чтобы привыкнуть, но после дня или около того использования устройства я смог достичь своей обычной скорости набора текста (около 130 слов в минуту). Однако Lenovo пришлось пойти на компромисс с клавишами на окраине колоды (tab, backspace, enter, двоеточие, апостроф, тире и т. Д.). Они крошечные (чуть более половины размера буквенных клавиш), и их нажатие было рутиной. Даже после использования устройства в течение нескольких дней я все еще правильно нажимал backspace примерно в 75 процентах случаев — я не могу сказать вам, сколько раз я вместо этого хлопал знаком равенства. Точно так же я очень часто нажимал enter, когда хотел нажать соседнюю клавишу апострофа. Нажатие на тире, которое находится слева от клавиши "равно", было похоже на сценарий "иголка в стоге сена", и я инстинктивно избегал использования тире в своем письме. Я предполагаю, что вы привыкнете ко всему этому, если купите Дуэт, но ожидайте крутой кривой обучения. ТЕХНИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ LENOVO CHROMEBOOK DUET (В СООТВЕТСТВИИ С ОБЗОРОМ) MediaTek Helio P60T 4 ГБ ОПЕРАТИВНОЙ ПАМЯТИ 128 ГБ памяти 10,1-дюймовый дисплей (1920 x 1200) батарея емкостью 7000 мАч (27 Вт * ч) Адаптер 10 Вт Два динамика Два цифровых микрофона Один порт USB-C Вы не будете шокированы, узнав, что тачпад также небольшой-3,4 х 1,9 дюйма. Он прекрасно себя чувствует и грамотно прокручивается (хотя у меня маленькие руки). У меня были некоторые проблемы с щелчком и перетаскиванием (я часто прибегал к этому на сенсорном экране), и щелчки двумя пальцами иногда регистрировались как обычные щелчки. Кроме того, когда клавиатура неровно лежала у меня на коленях, она иногда поворачивалась в положение, когда кликер перестал работать (болезнь, с которой вы будете знакомы, если раньше использовали дешевые чехлы для клавиатуры). Если вы предпочитаете использовать экран, дуэт также совместим со стилусами USI. Если вы надеялись подключить кучу периферийных устройств вместо прилагаемой клавиатуры, убедитесь, что у вас есть разветвители и ключи на буксире. Дуэт имеет всего один порт USB-C, который будет занят всякий раз, когда устройство заряжается. Было бы неплохо иметь хотя бы аудиоразъем, хотя Lenovo включает в себя ключ для наушников. (Пока мы составляем списки пожеланий, будет приветствоваться еще один порт USB-C, чтобы мы могли подключить мышь во время зарядки). Дуэт Lenovo Chromebook Дуэт включает в себя подставку и клавиатуру. Дуэт Lenovo Chromebook. Снаружи на экране был сильный яркий свет. Однако при такой цене я не рассматриваю тесную периферию как ошибку со стороны Lenovo; это компромисс, который вы делаете. В обмен вы получаете довольно компактное и портативное устройство. Один только планшет весит 0,99 фунта (449g), а с клавиатурой и подставкой для ног он составляет всего 2,03 фунта (921g). И, несмотря на углы, которые были срезаны с помощью клавиатуры и тачпада, ни одна часть дуэта не выглядит и не кажется дешевой. Сам планшет изготовлен из алюминиевого сплава, который прочен и приятно держать. Обложка сделана из шикарной серой ткани — в закрытом состоянии она выглядит как классный блокнот. И клавиатура, и подставка надежно оставались на месте, пока я пользовался устройством. Дуэту действительно не хватает двухкомпонентного магнитного механизма, который Surface Go использует для удержания обеих крышек на месте, что означает, что клавиатура имеет тенденцию скользить, когда ноутбук закрыт. Опять же, углы. Еще одна область, где дуэт пробивает выше своей весовой категории срок службы батареи. Lenovo утверждает, что 10 часов; Я приблизился к 11 с половиной, запустив устройство через свою типичную рабочую нагрузку вкладок Chrome и приложений, включая Gmail, Twitter, Slack, Asana, Facebook, Документы и листы, а также случайный вызов масштабирования и потоковую передачу Spotify, с экраном средней яркости. В тот день, когда я использовал только Chrome, я получил чуть больше 12. (Lenovo, однако, экономила на зарядном устройстве; включенный в комплект 10 Вт USB-C кирпич только увеличил мощность устройства на 24 процента за час.) Есть четкое (по крайней мере, частичное) объяснение этому результату-процессор низкого класса. Lenovo использует восьмиядерный процессор MediaTek Helio P60T с частотой 2,0 ГГц. По мощности он ближе к бюджетному процессору смартфона Snapdragon, чем чипы Intel, которые вы найдете в хороших хромбуках. Учитывая это, выступление Дуэта было на удивление достойным. Если вы просматриваете несколько вкладок, транслируете Netflix или запускаете одно или два приложения, у вас не должно возникнуть проблем. Я даже смог запустить ежедневную дозу от восьми до 12 вкладок Chrome и от шести до восьми приложений для Android без особых проблем. Docs и Spotify разбились один или два раза, но это не было серьезной проблемой. Было почти невозможно сделать что-либо еще во время вызова масштабирования (хотя это может быть скрытым благословением для моих коллег). Я также запустил дуэт в течение дня использования только Chrome, и все начало замедляться примерно на 15 вкладках. Но опять же, тяжелая многозадачность-это не то, для чего предназначено это устройство (и 4 ГБ оперативной памяти, вероятно, является таким же ограничивающим фактором, как и процессор). СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ ДУЭТ LENOVO CHROMEBOOK Теперь каждое интеллектуальное устройство требует, чтобы вы согласились с рядом условий и положений, прежде чем сможете его использовать, — контрактов, которые на самом деле никто не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали подсчитывать, сколько раз вам нужно нажать “согласиться” на использование устройств, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Lenovo Chromebook Duet, вы должны согласиться Подключение к Wi-Fi Условия предоставления услуг Chrome OS Синхронизация Chrome (перенос истории, закладок, паролей и других настроек из вашей учетной записи Google) Персонализированные сервисы Google Условия предоставления услуг Google Play Следующие соглашения являются необязательными Отправляйте диагностические данные и данные об использовании в Google Учетная запись Google Резервное копирование на Google Диск Разрешить приложениям и службам с разрешением на местоположение использовать местоположение вашего устройства Google Assistant voice match Пусть помощник покажет вам информацию, связанную с тем, что находится на вашем экране Подключение к телефону Android Итоговый подсчет пять обязательных соглашений и семь факультативных Говоря о зуме, дуэт имеет две камеры, включая 2-мегапиксельную переднюю стрелку и 8-мегапиксельную заднюю стрелку. Оба были на самом деле лучше, чем веб-камеры, которые я обычно вижу на ноутбуках. Мое лицо во время видеозвонков было четким и не особенно размытым, а камера заднего вида не делает невероятных фотографий, но прекрасно подойдет, если вам нужно сделать снимок ваших заметок или слайда PowerPoint. Двойные динамики (расположенные в верхней панели) обеспечивали удивительно хорошо сбалансированный звук, который был четким при более высокой громкости. Они не становятся такими громкими, как многие полноразмерные ноутбуки-это понятно, учитывая их размер, но это еще одна причина, по которой на этой штуке действительно должен быть разъем для наушников. Игра также была хорошим опытом. Перелистывание Легенд и Легенд о монстрах иногда заикалось, но в целом было довольно гладким. Они также выглядели четко на экране 1920 x 1200. Дуэт даже хорошо поработал с фотоработами в Lightroom. Редактирование, как отдельных фотографий, так и пакетов, не было мгновенным, но и не было мучительно медленным; этот опыт был примерно на одном уровне со среднечастотными хромбуками на базе Intel, которые я тестировал в прошлом. (Панель немного тусклая для тех, кто занимается серьезной творческой работой; яркий свет был достаточно сильным, чтобы экран было трудно увидеть на открытом воздухе). Дуэт Lenovo Chromebook. Буквенные клавиши в порядке, но внешние-это борьба. Переходя к программному обеспечению, все, что нравится людям Chrome OS в Chrome OS, здесь. Дуэт загружается быстро, интерфейс прост, вы получаете автоматическое обновление фона каждые шесть недель, у вас есть доступ к вашим любимым приложениям для Android (включая Microsoft Office) через Google Play Store, а Google Assistant может отвечать на ваши запросы и составлять вам компанию. ОС хорошо интегрирована с остальной экосистемой Google, и есть множество симпатичных способов использовать ее с вашим телефоном Android. Дуэт поддерживает мгновенную привязку, что означает, что вы можете автоматически подключать его к соединению для передачи данных вашего телефона без необходимости возиться с горячими точками. Вы также используете Android для удаленного входа и выхода из Chromebook, если он находится поблизости. И вы можете использовать Click-to-Call для отправки контактных номеров из дуэта на свой телефон. Обычные предостережения Chrome OS также применимы; Приложения для Android являются хитом или промахом, причем некоторые из них хорошо оптимизированы для Chromebook, некоторые из них в порядке, но хуже, чем их браузерные эквиваленты, а некоторые (привет, Facebook Messenger) являются абсолютными катастрофами. По - прежнему гораздо сложнее загружать приложения, чем на Android. Как только вы поймете, какие приложения вы можете безопасно использовать и что вы должны хранить в Chrome, вы сможете отлично ориентироваться в операционной системе. Но если вы новичок в Chromebook, есть кривая обучения. ПРИМЕНЯЮТСЯ ОБЫЧНЫЕ ПРЕДОСТЕРЕЖЕНИЯ CHROME OS Самое интересное здесь то, что Google также внесла несколько изменений в Chrome OS, чтобы оптимизировать его для конвертируемого форм-фактора. Google говорит, что Duet-это первое устройство, которое когда-либо запускалось с версией Chrome, которая на самом деле оптимизирована для использования на планшетах. (RIP Pixel Slate). Существует три режима типа” Режим " (когда клавиатура подключена), режим просмотра (когда подставка открыта, а клавиатура отсоединена) и режим просмотра (когда это просто планшет). (Режим просмотра и режим просмотра, по сути, одинаковы, насколько я могу судить). Функция заголовка в режиме просмотра-это новая система навигации по жестам. Длинный свайп вверх отправляет вас на начальный экран, короткий свайп вверх вызывает полку приложений, проводя вверх и удерживая показывает все открытые окна приложений. Проведите пальцем вверх, удерживайте и перетащите окно в одну сторону, чтобы разделить дисплей; проведите пальцем вправо, чтобы вернуться к предыдущему экрану. Я бы не сказал, что эти жесты были обязательно плавными — по крайней мере, по сравнению с тем, что вы увидите на iPad. Но это начало системы, которая, как я вижу, в будущем станет довольно отшлифованной, и они действительно немного упростили просмотр в режиме планшета. Ничто в дуэте Chromebook не идеально; Я мог бы весь день придираться к различным неоптимальным качествам клавиатуры, тачпада, производительности или экрана. Но Дуэт не пытается быть идеальным. Он не предназначен для опытных пользователей и не предназначен для тяжелой многозадачности. Имея это в виду, это самое близкое к совершенству, что я когда-либо видел с ноутбука-планшета за 300 долларов. Если вы ищете забавное устройство для детей, которое также может справляться с работой на дому, или портативный 2-в-1 для просмотра Netflix и отправки электронной почты на ходу, дуэт должен отлично работать. Это солидный хромбук среднего уровня 2-в-1, который не может быть таким дешевым, как сейчас. https://www.theverge.com/21262694/lenovo-chromebook-duet-review-tablet-chromebook-chrome-os-price
Şərhlər
Möhtəşəm yazı.Kaş belə alimlərimi alimlərimiz çox olaydı.
Ramazan müəllimin elmi publisistik yazılarını heyranlıqla oxumamaq mümkün deyil.Alimin ərəb,fars dillərini mükəmməl bilməklə yanaşı, araşdırmalarına və çatdırma üsuluna görə hətta imzası olmasa da “özünü” görürük. Ramazan müəlim kimi alimlərimiz bizim milli sərvətimizdir.Gəlin belə alimərimizə dəyər verək və onları qoruyaq.Oxucuların qeyd etdiyi kimi, Nəsimini yaxşı öyrənə bilməmişik.Keçən əsrin 80-ci illərində Nardaranda yas məclisində Nəsimi yaradıcılığının böyük bilicisi,Azərbaycanın ən böyük din alimi Şeyx Mühəmməd ibn Seyx Qüdrət Nəsiminin məşhur beytinin “Məndə sığar ikən cahan” yox, “Məndə sığar iki cahan”olduğunu Quran ayələri və Nəsiminin digər şeirləri ilə inandırıcı dəlillərlə sübut edərkən, məclisdə olan görkəmli şairimiz Bəxtiyar Vahabzadə demişdir:-Hörmətli Şeyx,40 ildir yatadıcılıqla məşğulam,lakin Nəsiminin bu beytinin əsl mahiyyətini indi anladım. Ünsiyyətdə olmaq xöşbəxtliyi mənə də nəsib olmuş , Şeyx Mühəmməd deyirdi ki,Nəsimi qədər Allahı vəsf edən,Quran ayələrini poetik dillə insanara çatdıran ikinci şair yoxdur.Bir daha Ramazan müəllimə təşəkkürlər!
Bəzi mübahisəli məsələlərə aydınlıq gətirdiyi hörmətli professora təşəkkür edirəm.
Şəxsən mənim Nəsimi haqqında bildiklərim son illərə qədər çox az idi,"Nəsimi" kinosundan idi əsasən.Əlbəttə ki kino doyurmaz adamı belə dərin məsələlərdə.Şairin tədqiqatçıları da samballı bir söz deməyiblər indiyə qədər.Sovet vaxtından eşitdiyimiz standart cümlələrdi hamısında.Amma saytlardan rəhmətlik şairimiz haqqında şahanə bir əsər oxuduqdan sonra anladım ki,Nəsimi haqqında heç nə bilmirəmmiş.”Nəsimi dünyasının sirri” deyə mükəmməl bir əsərdir.Heyrət elədim ki,yəni bunu bizimlə birlikdə şıdırğı yeyib-içməklə məşğul insanlar arasında olan birisimi yazıb?Çingiz Abdullayevin iki yüz kitabını oxumaqdansa onu oxumaq məsləhətdir yəni.Əsər deyil,sanki kosmik gəmidi,adamı alıb aparır başqa aləmlərə.Təəssüf ki yazarını tapıb əlini sıxa bilmədim,dedilər çoxdan Azərbaycandan gedib.Ədəbiyyat aləmimiz niyə susur o cür nadir əsərlər barədə görəsən?Heç olmasa ”Nəsimi il”ində xatırlamaları lazım deyildimi?Onsuz da “Nəsimi il”ində televiziyada Nəsimidən min qat artıq Fizulidən danışdılar.Niyə?Çünki sanki bizim şairimiz deyimiş,heç samballı tədqiq edən olubmu ki,bir söz də desinlər?Əlbəttə ki Nəsimi haqqında danışmaq üçün əvvəlcə onu adam kimi anlamaqları lazımdı.Yaxşı,bəs adam kimi anlayanların əsərləri niyə görməzlikdən gəlinir?Yazıçılar İttifaqının işi yalnız 400 min manata qurultay keçirməkdən ibarətdirmi?
Yazı çox yaxşı yazılıb.Ancaq mətnin içərisindəki "bu gənc şirvanlı balası" ifadəsi adamın könlünü küsdürür.Axı,nə vaxta kimi region təəssübkeşliyinin qurbanına çevrilib öz əlimizlə vətənimizin bütövlüyünü parçalamalıyıq? Bəlkə,"region təəssübkeşliyini" milli təəssübkeşliyə çevirək?Görmürsünüz,regionçuluq xəstəliyi bizi nə günə salıb?Əlbəttə,regionçuluq etnik azlığın yaratdığı məsələdir.Lakin regionçular da özlərini bizim kimi türk hesab edirlər.Bizim harda doğulmağımızdan asılı olmayaraq,biz bütövlükdə Azərbaycanın balalarıyıq.