XANKƏNDİYƏ DAHA 13 İRANLI TƏXRİBATÇI GƏLDİ - Foto və pasportlar

14 nəfər İran vətəndaşının Qarabağa gəlişi ilə bağlı araşdırmalar bitməmiş, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki əraziyə keçmiş daha bir iranlı dəstə haqda məlumat əldə etmişik - bu dəfə Qarabağa İrandan 13 nəfərlik qrupun “təşrif buyurduğu” məlum olub.

"Qafqazinfo"nun etibarlı mənbədən aldığı xəbərə görə, noyabrın 24-də 34-QA-444 nömrəli “Mersedes-Benz” avtomobil ilə Qarabağa keçmiş ilk qrupun gəlişindən cəmi 6 gün sonra – noyabrın 30-da buraya növbədi dəstə gətirilib.

Qarabağa gəlmiş yeni dəstə üzvlərinin adlarını da, pasportlarını da təqdim edirik:

1. Goodarzi Najmedin Abedin

2. Goodarzi Bahman Zabihollah

3. Goodarzi Mohsen Reza

4. Banaei Mostafa Mohammad

5. Fadaeipordanjani Afrasaib Mahmoud

6. Vaeznezhadi Farshad Dolatali

7. Moradazar Mohsen Zarbali

8. Shafaghghat Aminjan Ramezan Eznolah

9. Boveirian Ghafour Bemouniagha

10. Vae Zadeh Fariborz Madad

11. Fatahi Shakib Majid Alibaba

12. Hakimzadeh Ghanbar Allahmora

13. Abdollahi Gholamreza Ali

Beləliklə, İrandan Azərbaycan ərazisinə müxtəlif dəstələrin keçirilməsi artıq kütləvi hal alır. Ümulikdə 6 gün ərzində - noyabrın 24-dən 30-dək rusiyalı sülhməramlıların postundan Qarabağ ərazisinə iki qrup halında 27 nəfər İran vətəndaşı daxil olub. Özü də bu iki qrupun bir-biri ilə bağlı olduğu və eyni missiya ilə gəldiyi şübhə doğurmur. Çünki onların hər ikisi eyni avtomobildə - 34-QA-444 nömrəli mikroavtobusla gətirilib. Avtomobili kimin idarə etdiyi də məlumdur – sürücü Ermənistan vətəndaşı Yura Baqdasaryandır.

İran səfirliyi əvvəlki müraciətlərimizə cavab vermədiyi, həmin ölkənin xarici siyasət idarəsi nə deyəcəyini bilmədiyi üçün daha bu diplomatik nümayəndəliyə sorğu ünvanlamağı da lazım bilmədik.

Elə isə, artıq Azərbaycanın müvafiq orqanlarının danışması lazımdır!

Nə baş verir?!

635x100

Şərhlər

B.Qarabağlı 2022-12-07 22:34:11

Bəli, qapıları açıq olsa da Azərbaycandakı hər hadisəyə dövlətimiz və biz vətəndaşşlar məsuliyyət daşıyırıq! Sülhməramlılar Azərbaycanı tərk edənə qədər Azərbaycana hər hansı əcnəbi yalnız dövlətimizin vizası ilə sərhəddimizdən buraxıla bilər?

dadaşyev 2022-12-07 22:25:45

Bunlar hissə-hissə Qarabağa keçib orada batalyon,polk,diviziya da yarada bilərlər.Biz Qarabağda ciddi pasport rejimi tətbiq etməsək danışıqların,monitorinqlərin,memorandumların heç bir xeyri olmayacaq.Pasport rejimiylə bütün qeyri-qanuni yaşayanları tutub Bakıda məhkəmələrini keçirmək lazımdır ki,digər gəlmək istəyənlərə də dərs olsun. Yoxsa Laçın dəhlizi açıq qapıya çevrilib.İt də keçir,qurd da.Nolsun xəbərimiz olur,faydası nədir,eşidən kimdir?

musa 2022-12-07 17:04:28

bunun sorğusu ruslardan olmayacaq ?

Son yazılar