Peru Prezidenti parlamenti buraxıb, ölkədə fövqəladə vəziyyət elan edib

Peru Prezidenti Pedro Kastilyo parlamentin buraxıldığını elan edib və ölkədə fövqəladə vəziyyət elan edib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə o, xalqa müraciəti zamanı bildirib.

P.Kastilyo hüquqi demokratik dövləti bərpa etmək üçün fövqəladə hökumətin yaradılması barədə qərar qəbul olunduğunu deyib: “Bununla əlaqədar belə qərarlar qəbul edilib: hökumət və parlament müvəqqəti olaraq buraxılsın, fövqəladə hökumət yaradılsın, yeni Konstitusiyanın 9 aydan gec olmayaraq qəbul edilməsi məqsədilə mümkün qədər tez müddət ərzində Konqresə yeni seçkilər keçirilsin”.

O məlumat verib ki, Peruda dekabrın 7-dən etibarən komendant saatı tətbiq edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar