Menu

Nəvaz Şərif gələn ay Pakistana dönür

08.12.2022, 12:52
Nəvaz Şərif gələn ay Pakistana dönür

Pakistanın keçmiş Baş naziri Nəvaz Şərif 2023-cü ilin yanvarında ölkəsinə qayıdacaq.

Bunu iqtisadiyyat naziri Sərdar Ayaz Sadiq “ Geo News”a açıqlamasında deyib.

Nəvazın növbəti ümumi seçkilər üçün namizədlərə bilet təqdim edəcəyini deyən S.A.Sadiq, səsvermənin 2023-cü ildə keçiriləcəyini əlavə edib: “Ramazan və büdcənin hazırlanması və s. səbəbiylə mart-iyun aylarında seçkilərin keçirilməsi demək olar ki, qeyri-mümkün görünür”.

Xatırladaq ki, 2018-ci ildə məhkəmə N.Şərif barəsində hökm çıxararaq ona yeddi il, eyni zamanda ümumilikdə 11 il həbs cəzası kəsib, 8 milyon funt sterlinq (1,3 milyard Rs) cərimə edib. Daha sonra 2019-cu ilin noyabrında xəstəliyi ilə bağlı Lahor Ali Məhkəməsi (LHC) cəzasını təxirə saldıqdan sonra Navazın müalicə üçün xaricə getməsinə icazə verib. Həmin ildən Londona gedən keçmiş Baş nazir bu günə kimi orada yaşayır.

L.SƏMLA

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol