Menu

Türkiyənin xüsusi təyinatlıları səfir Cahit Bağcı ilə görüşüblər

08.12.2022, 16:03
Türkiyənin xüsusi təyinatlıları səfir Cahit Bağcı ilə görüşüblər

Türkiyə təhlükəsizlik qüvvələrinin xüsusi təyinatlı qüvvələrinin şəxsi heyəti bu ölkənin Azərbaycandakı səfirliyində olublar.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı tviter hesabında yazıb.

Diplomat şəxsi heyətin fəaliyyəti barədə məlumat aldığını, müzakirələr aparıldığını bildirib: “Allah onları qorusun, güclərini artırsın”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol