Menu

"Müdrik qardaşım Patriarx Kirillə Azərbaycan xalqı adından minnətdarlığımı ifadə edirəm" - QMİ sədri

08.12.2022, 16:32
"Müdrik qardaşım Patriarx Kirillə Azərbaycan xalqı adından minnətdarlığımı ifadə edirəm" - QMİ sədri

30 illik işğal dövründə Azərbaycanın Qarabağ torpaqlarında mədəni-mənəvi irs abidələrinə qarşı həyata keçirilmiş vandalizm aktlarını, dağıdılmış şəhər və kəndlərimizi, məscidlərimizi bütün dünya, bu gün burada iştirak edən bəzi qonaqlar öz gözləri ilə görüb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Moskvada keçirilən Ədalət və mötədillik-dünya nizamının ilahi prinsipləri mövzusunda XVIII Beynəlxalq Müsəlman Forumunda çıxışında bildirib.

“Azərbaycan xalqı Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə BMT-nin 4 qətnaməsinin tələblərini yerinə yetirərək beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etməsinin ikinci ildönümünü qeyd etdi. 30 illik işğal dövründə Azərbaycanın Qarabağ torpaqlarında mədəni-mənəvi irs abidələrinə qarşı həyata keçirilmiş vandalizm aktlarını, dağıdılmış şəhər və kəndlərimizi, məscidlərimizi bütün dünya, bu gün burada iştirak edən bəzi qonaqlar öz gözləri ilə görüb. Bu gün Azərbaycan dövləti azad Qarabağda dini-mənəvi abidələrimizi bərpa və yenidən qurur. Qalib Azərbaycan bölgədə sülhə çağırır və iqtisadi layihələrlə çıxış edir, lakin təəssüflər olsun ki, Ermənistan tərəfindən revanşizm təzahürləri səngimir. Erməni kilsəsinin də bu prosesdə iştirakı təəssüf doğurur”, - QMİ sədri vurğulayıb.

Şeyxülislam Allahşükür Paşazadə münaqişə dövründə Moskva və bütün Rusiyanın Patriarxı Kirillin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dini liderləri arasında baş tutan üçtərəfli dialoq sayəsində qarşıdurmanın dini müstəviyə keçməsinin qarşısının alındığını qeyd edib: “Sülh yönündə bu xidmətlərinə görə müdrik qardaşım Patriarx Kirill həzrətlərinə Azərbaycan xalqı adından dərin minnətdarlığımı ifadə edirəm. Azərbaycanın haqq işinə dəstək verən bütün həmkarlarıma, xüsusilə, qardaşım, Rusiya müsəlmanlarının rəhbəri Ravil Qaynutdin həzrətlərinə dərin təşəkkürlərimi bildirmək istərdim”.

Şərhlər

ƏNHU 2022-12-08 20:38:22

Kirli Kiril Paşazadənin qardaşı imiş. Həm də Kiril müdrik imiş.Bu adam di adaıdırsa bu sözləri deməməli idi. Bəs görəsən bu adam nəyin qorxusundan və nəyin qarşılığında bunu edir? Bu adama bu mətni kim yazıb verib. Ayıb deyilmi? Kiril deyilmi Putinə-Ukrayna müharibəsinə haqq qazaqndıran? İndi sənin bu mədhiyyəndən sonra araqsifət Mariya dünyaya car çəkəcək ki, Azərbaycan rus qardaşlığı yeni mərhələyə keçib ölürük onlardan ötrü. A kişi sən mollasan. Otur molla yerində. Sənə xalqın adından danışmağa kim ixtiyarın verib? Əgər qardaşın Kirili bu dərəcədə sevirsənsə vəsiyyət et ikinizi yanaşı basdırsınlar.

t.ədalət 2022-12-08 18:28:52

Xristian kilsələrində uşaqbazlıqla məşğul olan keşişlər nə vaxtan müdirik olublar?....

Elxan 2022-12-08 17:59:09

Xumneyi ağandan nə xəbər, "ya şeyx "

Esger 2022-12-08 17:13:13

Men buna gore vurushmusham Garabagda?

Mubariz 2022-12-08 16:50:31

Bu geydirmə din adamlarından insanların canı qurtarmalıdır yoxsa dinə inanan qalmayacaq ,hamı bilir ki bunlar məxvi orqanların əməkdaşlarıdır . xeyir ola baş mollamız indidə buna qardaşım deyir , bunun fars qardaşları oğraş çıxdı ,bu da onların bir tayı

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol