Menu

“Pol Uilanın azad edilməsi üzərində işləməyə davam edirik” - Bayden

08.12.2022, 21:00
“Pol Uilanın azad edilməsi üzərində işləməyə davam edirik” - Bayden

ABŞ hökuməti Rusiyada casusluqda təqsirli bilinən Pol Uilanı unutmayıb və onun azadlığa buraxılması üçün işlərini davam etdirir.

“Report” Rusiya KİV-inə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bildirib.

“Biz Polun azad edilməsi üçün yaxşı niyyətlə danışıqlara davam edəcəyik”, - o deyib

Qeyd edək ki, bir müddət əvvəl CNN Rusiya həbsxanasında saxlanılan basketbolçu Britni Qraynerin ABŞ-da həbsdə olan rusiyalı biznesmen, məşhur silah baronu Viktor But ilə dəyişdirilməsi barədə məlumat yaymışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol