Menu

Putin Yeni ildə “gizlənmək” qərarına gəlib – “General SVR”

09.12.2022, 00:08
Putin Yeni ildə “gizlənmək” qərarına gəlib – “General SVR”

Rusiya aerodromlarına endirilən zərbələr diktator Vladimir Putinin özü üçün də izsiz ötüşməyib. KİV-in məlumatına görə, o, vaxtının çoxunu bunker tipli tikilidə keçirməyə başlayıb. Üstəlik də o, Yeni ildə etibarlı şəkildə «gizlənmək» qərarına gəlib.

Bu barədə Generall SVR teleqram-kanalı xəbər verib. Kanalı guya keçmiş RF Xarici Kəşfiyyat Xidmətinin generalı idarə edir - o, ictimaiyyət üçün əlçatmaz olan informasiyalara malikdir. Eyni zamanda bu kanalın politoloq Valeri Solovyovla əlaqəli olduğu bildirilir («UNİAN»).

Teleqram-kanalın müəllifləri qeyd edirlər ki, RF Prezidentinin strateji obyektlərin təhlükəsizlik tədbirləri barədə sərəncamına baxmayaraq, onsuz da Putinin özünün hədsiz real təhlükəsizlik tədbirləri gücləndirilib.

«Putin vaxtının çox hissəsini bunker tipli tikilidə keçirməyə başlayıb, Yeni ili isə Prezident yaxınları ilə bunkerdə keçirməyə hazırlaşır - bunker Ural dağları arxasında yerləşir…»

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol